Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Netanyahunu HƏMAS-la razılaşmağa və Qəzzada atəşkəsə çağırıb

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumat yayıb. Tərəflər Qəzza zolağında atəşkəs razılaşmasını və anklavlara humanitar yardımın çatdırılmasını müzakirə ediblər.

Ağ Evin mətbuat xidməti bildirib ki, İsrailin baş naziri ilə görüşündə Co Bayden girovların tezliklə azad edilməsi üçün “qalan boşluqları aradan qaldırmaq” və Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın zəruriliyini bildirib. Prezident həmçinin ABŞ-ın İran, “Hizbullah” və Husilərdən gələn bütün təhdidlərdən İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib.

Xatırladaq ki, İsrail və HƏMAS arasında danışıqlar bir neçə aydır ki, davam edir. ABŞ prezidentinin təklif etdiyi üç mərhələli atəşkəs sazişi layihəsində 116 israilli girovun azad edilməsi üçün tərəflərin Qəzzadan İsrail qoşunlarının tamamilə çıxarılması ilə hərbi əməliyyatların yekun dayandırılması barədə razılığa gələcəyi nəzərdə tutulur. Lakin İsrail döyüşlərin qeyri-müəyyən müddətə dayandırılmasına, eləcə də anklavda nəzarətin HIƏMAS-da qalmasına razı olmayıb.

Reuters Agentliyinin mənbələrinin məlumatına görə, atəşkəs danışıqları İsrailin irəli sürdüyü yeni şərtlərlə çətinləşib. Xüsusilə İsrail tərəfi bəyan edib ki, mülki şəxslər Qəzza zolağının cənubundan şimala keçərkən yoxlamalardan keçməlidirlər. HƏMAS bu tələbi yerinə yetirməkdən imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Ən çox oxunanalar