Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris Ermənistanda Moskvanı əvəz etməyə çalışır, Paşinyan yol ayrıcındadır...

"Paris İrəvanın əsas müttəfiqi kimi Moskvanı əvəz etməyə çalışır"...

Poliqon xəbər verir ki, bunu “Kommersant”ın köşə yazarı Maksim Yusin deyib.

Yazar qeyd edir ki, son dövrlər Fransa rəsmilərinin Azərbaycana "hücumu" bunun sübutudur:

"Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın əməliyyatından və özünü elan etmiş bu respublikanın virtual olaraq ləğvindən sonra İrəvana səfər edən ilk belə yüksək rütbəli Qərb siyasətçisi oldu. Bütün Qərb dövlətləri arasında Ermənistan istiqamətində ən fəal və hətta hücumçu kimi hərəkət edən Fransadır. Bunu təkcə xanım Kolonnanın səfəri deyil, həm də Parisdən gələn bir sıra yüksək və çox radikal bəyanatlar sübut edir. Belə ki, prezident Emmanuel Makron Rusiyanı Qarabağ münaqişəsində “Azərbaycanın şəriki” adlandırıb. Və o zaman Fransa Xarici İşlər Nazirliyi hələ öz rəhbərinin İrəvana səfəri ərəfəsində bəyan etdi ki, Bakı Qarabağa hücum edib, ondan əvvəl isə Moskvanın xeyir-duası ilə doqquz ay ərzində nəqliyyat blokadası həyata keçirib.

Eyni tezislərdən son vaxtlar Ermənistanın rəsmi təbliğatında fəal istifadə olunduğunu müşahidə etmək çətin deyil. Beləliklə, Paşinyanın komandası ilə yaxından əlaqəsi olan “Baqramyan 26” "Telegram" kanalı son şərhlərindən birini belə emosional parça ilə bitirib: “Bu hekayənin yeganə parlaq məqamı odur ki, satqın Rusiya qaçılmaz olaraq regiondan qovulacaq. Lənət olsun şər imperiyaya!”

Maksim Yusin yazır ki, artıq Nikol Paşinyan yol ayrıcındadır:

"Bir tərəfdən, siyasi və psixoloji nöqteyi-nəzərdən, ən asan yol "Qarabağ faciəsinə" görə məsuliyyəti öz üzərinə götürməyə çalışmaq, hər şeydə Moskvanın üzərinə yıxmaq, şoka düşmüş ermənilərin emosiyaları ilə oynamaqdır. Əgər Paşinyan belə bir seçim edərsə, o zaman hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq asandır - İrəvanın KTMT-dən çıxması, Rusiya hərbi bazalarının və sərhədçilərinin çıxarılması, iqtisadi əlaqələrin tədricən kəsilməsi. “Baqramyan 26” və digər bu kimi KİV-lər həmyerlilərini məhz bu ssenariyə hazırlayır".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar