Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Operativ Qərargah koronavirusdan ölənlərin sayını üç dəfə azaldıbmış

Rusiyada koronavirusdan ölənlərin sayı barədə Statistika Komitəsi ilə Operativ Qərargahın açıqladığı rəqəmlər arasında dz üç dəfə fərq yaranıb. Məlum olub ki, virusdan ölənlərin sayı pandemiyanın başlamasından bu yana Operativ Qərargahın açıqladığı kimi, 110 min nəfər deyil, 330 min nəfərə yaxındır.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Statistika Komitəsi (“Rosstat”) 2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər ölkədə 249 min 702 nəfərin koronavirusun yaratdığı fəsadlar nəticəsində öldüyünü müəyyən edib. Üstəlik 166 858 halda virus ölümün əsas səbəbidir. Koronavirus aşkar edilən daha 82 min 844 pasiyent isə başqa xəstəliklərin ağırlaşması nəticəsində ölüb. Beləliklə, pandemiya nəticəsində Rusiyada ölənlərin sayı 330 mini keçir. Bu, əhali sayı nisbətində götürəndə dünya üzrə 3-cü ən yüksək ölüm göstəricisidir.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə üzrə yaradılmış federal operativ qərargah isə mayın 1-də ölkə üzrə indiyədək cəmi 110 min 520 nəfərin koronavirusdan öldüyünü bildirir. Beynəlxalq statistikada da məhz bu rəqəm əksini tapır.

Operativ qərargahla Statistika Komitəsinin rəqəmləri arasında bu cür kəskin fərqin yaranmasını müxtəlif hesablama metodikası ilə izah edirlər.  Bundan əvvəl də demoqraf-mütəxəssislər Rusiyada illik ölüm statistikasını təhlil edərək koronavirusdan ölənlərin operativ qərargah tərəfindən açıqlanan sayının reallıqlara uyğun olmadığını bildirmişdilər.

Statistika Komitəsi hesablayıb ki, 2021-ci ilin martına qədər ölənlərin sayı bir il əvvəl ölənlərin sayından 26 faiz çoxdur. Başqa sözlə, ötən illərdə qeydə alınan ölüm halları ilə pandemiya dövründə qeydə alınan ölüm halları arasında 360 min nəfər fərq yaranıb. “Reuters” isə bu rəqəmin 400 mini keçdiyini bildirir.

Rusiya hakimiyyəti ölkədə koronavirus epidemiyasının nəzarət altında olduğuna inandırır, gündəlik yoluxma halları 10 mindən yuxarı deyil, hərçənd 7 mindən aşağı da düşmür.

Aprelin sonlarında “Bloomberg” agentliyi bildirmişdi ki, Rusiyada koronavirusun üçüncü dalğası başlayıb. Çünki operativ qərargahın koronavirusla bağlı optimist dəyərləndirmələri rusiyalıların virusdan qorxmamasına və vaksin vurdurmağa həvəs göstərməməsinə gətirib çıxarıb.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay