Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ola bilməz ki, hökumət qadağanların əvəzini verməsin, belə olmur” - Natiq Cəfərli

“Əziz və hörmətli qalstuklu müəllimlər (27 sentyabrdan sonra ilk dəfədir yenə bu müraciət formasına keçdim), 2020-ci iqtisadi və sosial anlamda çöküş ilidir, biznes can verir, vətəndaşın gəlirləri azalıb, alıcılıq qabiliyyəti düşüb, ÜDM 4%-dən çox azalıb, bəs siz nə fikirləşirsiz?! İnsanlar dözdü, hamı Qələbəyə kökləndi, hamı Qarabağ eşqi ilə bütün çətinliklərə göz yumdu, əsgərimiz və ordumuz möhtəşəm hərbi qələbə qazandı, bəs ölkə yaşamalı, hərbi qələbəni iqtisadi, sosial, siyasi üstünlüyə çevirməlidir axı!”

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

“Ola bilməz ki, hökumət qadağanların əvəzini verməsin, belə olmur, evdə uşağa TV-yə çox baxmağı qadağan edəndə də əvəzinə 1 şokolad verirsən - qadağalar ancaq belə işlək olur. İndi nə etsin millət?! Orta sinif yox olmaq üzrədir, halbuki istənilən ölkənin sabitliyini "zopa" yox, məhz orta sinif təmin edir, bu zümrə məhv olsa sabitliyi necə qoruyacağıq?! Kasıblardan heç danışmıram da - millət acdı-ac! Hər dəfə marketə gedəndə heç vaxt dilənçilik etmədiyi hər halında bəlli olan onlarla adam görürəm, dəfələrlə onlara kömək də etmişəm, amma çoxdu elə vətəndaşlar, nə olacaq onların halı?! Kiçik-orta sahibkarlardan danışmağa dəyməz, ən yaxşı halda onların 30%-i pandemiyadan "sağ", yəni ayaqda qalmaqla çıxa biləcək. İtirilmiş 70% isə yüzminlərlə iş yerinin də itməsi deməkdir! Hörmətli qalstuklular, nə fikirləşirsiz indi?! Xub, Neft Fondunda bir az pul var, ona arxayınsız? Fond rezindəndi ki, həm işğaldan azad edilən torpaqları bərpa etsin, həm pamdemiyanın fəsadlarını təmir etsin, həm də bir "durbadan" asılı olan büdcəni doldursun?! Qalstukunuzu bilmirəm, amma papağınızı çıxarıb qabağınıza qoyun, yaxşı-yaxşı fikirləşin, vəziyyət çox qəlizdi...” – N.Cəfərli bildirib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Ən çox oxunanalar