Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banqladeşin ölkədən qaçan baş nairi geri dönəcək

Banqladeşin keçmiş baş naziri Hasinanın oğlu anasının evə qayıtmaq planlarından danışıb...

Banqladeşin keçmiş baş naziri Şeyx Hasina başqa ölkələrə sığınmayacaq və müvəqqəti hökumət ölkədə seçkilərin keçirilməsinə qərar verdikdə vətəninə qayıdacaq.

Poliqon xəbər verir ki, bu barədə onun oğlu Sacib Vazed Coy məlumat verib.

Baş nazirin oğlunun sözlərinə görə, anasının siyasi sığınacaq istəmək fikri yoxdur.

“O, hazırda Hindistandadır. Müvəqqəti hökumət ölkədə seçkilər keçirmək qərarına gələn kimi o, Banqladeşə qayıdacaq”, deyə “The Times of India” qəzeti siyasətçinin oğlundan sitat gətirir.

Sacib Vazed Coy həmçinin Hindistanın baş naziri Narendra Modiyə anasının həyatını xilas etdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, avqustun 5-də Şeyx Hasina istefa verib və Banqladeşi tərk edərək Hindistana uçub. “The Free Press Journal”ın Hindistan nəşri xəbər verir ki, keçmiş baş nazir Böyük Britaniyadan sığınacaq istəyib, lakin Britaniya rəsmilərinin cavab verməməsi səbəbindən o, Belarus, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanını və Finlandiyaya sığınmaq variantlarını nəzərdən keçirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay