Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qan təzyiqi miqren riskini artırırmı?

Niderlandın Erasmus Universiteti Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, yüksək qan təzyiqi (xüsusilə diastolik, "aşağı") qadınlarda miqren inkişaf riskini artırır...

Poliqon oxu.az-a istinadən bildirir ki, araşdırmada orta yaşı 67 olan 7266 kişi və qadın iştirak edib. Qeyd edilir ki, subyektlərin 15%-i keçmişdə və ya iştirak zamanı miqrendən əziyyət çəkib. Bütün iştirakçılar tibbi müayinədən keçirilib və laboratoriya analizləri üçün qan nümunələri təqdim edilib. Onların həyat tərzləri, pis vərdişləri də qeydə alınıb. Bundan əlavə, könüllülər miqren ağrılarının tezliyi və onların gündəlik fəaliyyətlərinə təsir edən şiddətli baş ağrılarının olub-olmadığını barədə məlumat veriblər.

Fiziki fəaliyyət səviyyəsi, təhsil, çəki, cins, yaş və digər amillərə uyğunlaşdıqdan sonra tədqiqatçılar diastolik qan təzyiqi yüksəlmiş qadın subyektlərin miqren olma ehtimalının 16% daha çox olduğunu aşkar ediblər.

Alimlər, həmçinin müəyyən ediblər ki, piylənmə və yüksək qan xolesterolu bu xəstəliyin inkişaf riskinə heç bir təsir göstərmir. Bunun əksinə olaraq, siqaret çəkmə miqren ehtimalının azalması ilə əlaqələndirilib. Kişi iştirakçılarda tədqiqatçılar ürək-damar risk faktorları ilə miqren arasında heç bir əlaqə tapılmayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay