Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Azərbaycana gətirilən 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - Video

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyatı zamanı 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, idarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb. Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.

K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar