Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Krasnoyaruzski rayonunun sərhəddində fəallaşıb, ərazinin sakinləri təhlükəsiz yerlərə köçürülməyə başlayıb...
Poliqon xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Bizdə Krasnoyaruz vilayətinin sərhədində düşmən fəallığı var. Əminəm ki, hərbi personalımız yaranan təhlükənin öhdəsindən gəlmək üçün hər şeyi edəcək. Lakin əhalimizin həyatını və sağlamlığını qorumaq üçün biz Krasnoyaruzski rayonunda yaşayan insanları təhlükəsiz yerlərə köçürməyə başlayırıq”, deyə qubernator TASS Agentliyinə bildirib.
Poliqon.info