Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin PUA əleyhinə avadanlıqların istehsalını artırır

Çindəki silah istehsalçılarına pilotsuz uçuş aparatlarına qarşı imkanların inkişaf etdirilməsi üçün səyləri gücləndirmək tapşırılıb...

Poliqon xəbər verir ki, bu barədə The South China Morning Post qəzeti yazıb.

Çin Müdafiə Nazirliyi onların effektivliyinə Rusiya-Ukrayna münaqişəsi zamanı istifadəsini müşahidə etdikdən sonra əmin olub. Anti-UAV texnologiyaları üzrə ixtisaslaşmış özəl istehsalçılardan birinin əməkdaşı bazarın inkişaf etdiyini bildirib.

South China Morning Post qeyd edir ki, son bir neçə ay ərzində Çin ordusu mütəmadi olaraq PUA əleyhinə imkanlardan istifadəni əhatə edən təlimlər keçirib. Çin Xalq Azadlıq Ordusunun nümayəndələri də bu mövzuda məqalələr dərc ediblər.

Onlardan biri bildirib ki, digər ölkələrin hərbçiləri müntəzəm olaraq PUA-lar üçün aşkarlama sistemləri və elektron tıxanma sistemlərindən istifadə edirlər və çox vaxt yaxşı nəticələr əldə edirlər.

Çinin PUA əleyhinə məhsullar istehsal edən "Jindowin" şirkətinin adı açıqlanmayan əməkdaşı bildirib ki, 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlanması Çin istehsalçıları üçün dönüş nöqtəsi olub. Onun sözlərinə görə, şirkətin məhsullarının əksəriyyəti daxili təhlükəsizlik üçün istifadə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar