Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək

Bu ilin yay aylarında havaların qeyri-sabit və quraq keçməsi, güclü küləkli günlərin sayının artması səbəbindən rayonun müxtəlif ərazilərində qurumuş və qəzalı vəziyyətə düşmüş ağaclar insan həyatı üçün, eyni zamanda infrastruktur, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır. Bununla əlaqədar olaraq son günlərdə rayon üzrə yaşıllıqların vəziyyəti ilə bağlı keçirlən monitorinqlərin intensivliyi artırılıb. Monitorinqlərin nəticəsi olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib. ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilib və onların götürülməsi ilə bağlı rəylər təqdim edilib. Bu rəylər əsasında ilk mərhələdə əsas avtomobil yollarından, mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından qəzalı və qurumuş ağacların götürülməsi işlərinə başlanılacaqdır.

Eyni zamanda Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara aqrotexniki qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünin suvarılması işlərini həyata keçirirlər.

Qeyd edək ki, götürülən hər bir ağacın yerində payız mövsümündə iqlimə uyğun yeni ağaclar əkiləcək.

Poliqon.info

 

Fotolar




Etiket: Abşeron rayonu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar