Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı problemlərdən yayına bilmərik

Beynəlxalq şəraitdə artan geosiyasi gərginlik və qeyri-müəyyənlik bizi iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq və onun həlli imperativindən yayındırmamalıdır...

Poliqon xəbər verir ki, bu barədə COP29-un prezidenti Muxtar Babayevin COP iştirakçılarına ünvanladığı məktubda deyilir.

Beynəlxalq ictimaiyyətə ünvanlanan bu məktub illik iqlim sammitinin planlarını və gözləntilərini əks etdirir.

Muxtar Babayev qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Paris sazişi və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyət üçün lakmus kağızı olacaq.

COP29-un prezidenti əsas prinsipləri vurğulayıb, yeni iqlim hədəflərinin ambisiyalarını artırmaq üçün nəzərdə tutulan fəaliyyətlərdən bəhs edib: “COP29 sədrliyi üzrə məsləhətləşmələrimiz ərzində biz iki paralel bəndə əsaslanan baxışımızı təqdim etdik. Ambisiyaların artırılması və fəaliyyət üçün şəraitin yaradılması, eləcə də iqlimin maliyyələşdirilməsi bizim əsas prioritetimizdir. Bu bəndlər bir-birini gücləndirir. Əsas mandatların və fəaliyyətlərin uğurla həyata keçirilməsi etimadın, həmrəyliyin və impulsun möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək”.

Bununla yanaşı, COP29 sədrliyinin tərəflərlə fəal əməkdaşlığı davam etdirəcəyi qeyd olunub və qarşıdan gələn sessiyanın uğurla keçəcəyinə ümidlər də ifadə edilib.

Poliqon.info


Etiket: Muxtar Babayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay