Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Məxfi Xidmətinin rəhbəri Trampa sui-qəsd cəhdini şərh edib

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini şərh edərkən bildirib ki, o, nəyin səhv edildiyini və gələcəkdə bunun qarşısını necə almağı planlaşdırır...

Poliqon xəbər verir ki, xanım Çitl hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

“Bütün məsuliyyət mənim üzərimdədir. Mən Məxfi Xidmətin direktoruyam və yoxlama apardığımızdan və işçilərimizi lazımi resurslarla təmin etdiyimizdən əmin olmalıyam”, deyə Kimberli Çitl ABC telekanalına bildirib.

Mitinq iştirakçılarının silahlı şəxsin atəş açmazdan bir müddət əvvəl damda görünməsi ilə bağlı xəbərləri şərh edən Kimberli Çitl həmin anla atışmanın başlaması arasında “çox qısa müddət” olduğunu deyib.

“Bu şəxsin axtarışı, onun tapılması və nəticədə zərərsizləşdirilməsi çox qısa müddətdə baş verdi və bu, işi çox çətinləşdirir” deyə Çitl bildirib.

Kimberli Çitlin dediyinə görə, mitinq günü məxfi xidmət əməkdaşları daxili perimetrə cavabdeh idilər və damından atəş açılan bina yerli polis tərəfindən qorunurdu.

Xatırladaq ki, Donald Trampa sui-qəsd iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı baş verib. Güllə siyasətçinin sağ qulağının yuxarı nahiyəsindən keçib. Açılan atəşlər nəticəsində mitinq iştirakçılarından biri ölüb, ikisi ağır yaralanıb. Hücum edən 20 yaşlı Tomas Metyu Kruks səhnəyə doğru ilk atəşlər açıldıqdan dərhal sonra Gizli Xidmət əməkdaşları tərəfindən güllələnib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar