Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyas Hüseynov: Görüşün baş tutmaması sülh gündəliyinə böyük zərbə vurdu...

Böyük Britaniyada Paşinyanın prezident İlham Əliyevlə görüşü alınmayıb...

Politoloq: “Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əldə edilməsi üçün Böyük Britaniya tərəfindən Azərbaycanın prezidenti və Ermənistanın baş naziri arasında görüşün keçirilməsi təklif olunub. Lakin Ermənistanın baş naziri bu görüşdə iştirak etməkdən imtina etdi”.

“Bu məhz uzun illər ərzində Ermənistan əl atdığı siyasi manipulyasiya alətidir və Azərbaycanı ittiham etmək, Azərbaycanı beynəlxalq səviyyədə sərt bir məcrada göstərmək Ermənistan diplomatiyasının əsas niyyəti olub”.

Bu sözləri politoloq İlyas Hüseynov Böyük Britaniyada AzərbaycanErmənistan liderlərinin görüşünün baş tutmamasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiza kimi, “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısı üçün Azərbaycan prezidenti Böyük Britaniyaya səfər edib. Prezidentin buradakı təkbətək bir sıra vacib görüşlərdə Azərbaycanın mövqelərini növbəti dəfə ifadə etdiyini görürük. Lakin Böyük Britaniyada prezident İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyanın görüşü alınmayıb. Bundan sonra tərəflər görüş baş tutmaması ilə bağlı qarşılıqlı ittihamlar səsləndiriblər.

Bəs bu görüşün baş tutmaması və tərəflərin bir-birini ittiham etməsi nədən xəbər verir?

AzərbaycanErmənistan arasında baş verən prosesləri Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Qarşıdakı dövrdə bu görüşün baş tutmamasının neqativ təsirlərini müşahidə edə bilərik”.

Əgər görüş baş tutsayd, daha pozitiv sülh və əməkdaşlıq haqqında fikirlər söyləməyin mümkün olacağını vurğulayan politoloq Poliqon-a açqılamasında qeyd edib ki, indi tam əksini söyləmək mümkündür:

Avropa Siyasi Birliyinin toplantısı artıq dördüncü dəfədir ki, reallaşır və burada çox mühüm məsələr müzakirə çıxarılır. Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı fikirlər bölüşülür.

Cənab Prezident İlham Əliyevin bu mühüm platformadakı iştirakı onu göstərir ki, Azərbaycan liderinə, Azərbaycana çox böyük inam və etimad var. Azərbaycansız Avropanın enerji, nəqliyyat, təhlükəsizlik sistemini və arxitekturasını tam təsəvvür etmək mümkün deyil. Məhz belə önəmli müzakirələrdə Azərbaycan lideri iştirak edir.

Xəbər verirldiyi kimi, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əldə edilməsi üçün Böyük Britaniya tərəfindən Azərbaycanın prezidenti və Ermənistanın baş naziri arasında görüşün keçirilməsi təklif olunub. Lakin Ermənistanın baş naziri bu görüşdə iştirak etməkdən imtina edib. Ardınca çox riyakar erməni xislətinə uyğun olaraq görüşdən imtina etməklə bağlı Azərbaycanın da ittiham olunduğunu gördük.

İlyas Hüseynov: “Bu görüşün baş tutmamasının əsas səbəbkarı Ermənistanın baş naziri Nikol Paşinyandır”.

Bu məhz uzun illər ərzində Ermənistan əl atdığı siyasi manipulyasiya alətidir və Azərbaycanı ittiham etmək, Azərbaycanı beynəlxalq səviyyədə sərt bir məcrada göstərmək Ermənistan diplomatiyasının əsas niyyəti olub. Hazırda da artıq alışılımış, öyrəşilmiş addımları təkrarlayırlar.

İstənilən halda, əgər görüş baş tutsaydı daha pozitiv sülh və əməkdaşlıq haqqında fikirlər söyləyə bilərdik. Lakin indi tam əksini söyləmək mümkündür. Görüşün baş tutmaması sülh gündəliyinə böyük zərbə vurdu. Bu zərbəni də Ermənistan həyata keçirdi. Qarşıdakı dövrdə məhz görüşün baş tutmamasının neqativ təsirlərini də müşahidə edə bilərik.

Lakin arzu olunandır ki, sülhlə bağlı əldə olunan razılaşmaların daha da irəliləməsi həyata keçsin. Çünki Astanada xarici işlər nazirlərinin görüşü baş tutmuşdu. Pozitivlik haqqında fikirlər ifadə olunmuşdur. Bir daha Cənubi Qafqazda gedən prosesləri müşahidə edən ekspertlər, siyasi-ekspertlər üçün də dərs oldu ki, Ermənistan sülhdə maraqlı deyil. Bu görüşün baş tutmamasının əsas səbəbkarı Ermənistanın baş naziri Nikol Paşinyandır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar