Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İranın nüvə proqramı Vaşinqtonun Tehrana qarşı təzyiq alətidir...

ABŞ prezidenti Co Baydenin administrasiyası keçən ay İranın nüvə silahı istehsal etmək üçün istifadə edilə biləcək tədqiqat və istehsal ilə bağlı ciddi narahatlığını bildirib...

Kənan Novruzov: “İranın nüvə silahı istehsal etməsi, Uranı zənginləşdirməsi barədə xəbərlər ABŞ-ın İrana qarşı bir təzyiq alətidir”.

“Əgər prezident seçkilərində Respublikaçı Donald Tramp qalib gələrsə, ABŞ-İran münasibətlərin müəyyən yumuşalmalar hiss oluna bilər”.

Bu sözləri politoloq Kənan Novruzov ABŞ-ın növbəti dəfə İranla bağlı yaydığı nüvə xəbərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Baydenin administrasiyası keçən ay İranın nüvə silahı istehsal etmək üçün istifadə edilə biləcək tədqiqat və istehsal ilə bağlı ciddi narahatlığını bildirib. Bu barədə “Axios” portalı ABŞ və İsraildən olan məlumatlı mənbələrə istinadən bildirib. Məlumata əsasən, təxminən mart ayında ABŞ və İsrail kəşfiyyat agentlikləri iranlı alimlərin nüvə silahı hazırlamaq üçün istifadə oluna biləcək kompüter modelləşdirməsi və metallurgiya tədqiqatları ilə məşğul olduqlarına dair məlumat əldə ediblər.

Bəs, ABŞ-da seçki öncəsi İranın müəyyən aktivlik göstərməyə çalışması nədən xəbər verir və seçkilərdə Tramp qalib gələrsə, ABŞ-İran münasibətləri necə inkişaf edə bilər?

ABŞ-İran münasibətlərini Poliqon-un əməkdaşı "Report" İnformasiya Agentliyinin əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Baydenin səhhətində olan problemlər, onun yaxınlarının ona seçkidən çəkilməz məsləhətini verməsi, Trampa edilən sui-qəsd bir növ ehtimalları artırır ki, Bayden hansısa bəhanə ilə seçkilərdən imtina edəcək”.

ABŞ-Rusiya münasibətlərində də yumşalmanın olacağını proqnoz edən politoloq Poliqon-a bildiribki, bu da təsadüfi deyil. Çünki Tramp xarici siyasətdə loyallıq nümayiş etdirir:

ABŞ həmişə bu cür açıqlamalar verir. Ümumiyyətlə, İranın nüvə silahı əldə etməsi, uranı zənginləşdirməsi barədə xəbərlər ABŞ-ın İrana qarşı bir təzyiq alətidir. Bildiyimiz kimi, ABŞ-ın dünyada zəifləmək istədiyi aktorlar var. Bunlar İran, Rusiya, Çin, Şimali Koreyadır. Nübə proqramını ABŞ İrana təzyiq vasitəsi kimi istifadə edir. O da doğrudur ki, İranın nüvə silahı istehsalı üzərində işləməsi nəinki ABŞ-a, bütün dünyaya təhdiddir.

Əgər prezident seçkilərində Respublikaçı Donald Tramp qalib gələrsə, ABŞ-İran münasibətlərin müəyyən yumuşalmalar hiss oluna bilər. Ciddi dəyişikliklər olmayacaq. Amma münasibətlərdə müəyyən yumuşalmalar ola bilər. Necə ki, eyni yumuşalma ABŞ-Rusiya münasibətlərində də gözlənilir. Bu da təsadüfi deyil. Çünki Tramp xarici siyasətdə loyalfır. Tramp biznesmen təfəkkürü ilə düşündüyünə görə, daha çox iqtisadi əlaqələrə önəm verir.

Kənan Novruzov: “Baydenin şansları getdikcə azalır, bunu Bayden də başa düşür”.

Bundan öncə Trampın hakimiyyəti dövründə Vaşinqtonun həm Tehran, həm də Moskva ilə münasibətləri daha yaxşı idi. Hətta ABŞ-ın münasibətləri indiki dövrə nisbətən Pekinlə də yaxşı idi. Buna görə də, əgər indi də Tramp qalib gəlsə, münasibətlərdə müəyyən loyallaşma hiss oluna bilər.

İstisna etmirəm ki, Bayden seçkidın geri çəkiləcək. Aralarında baş verən müəyyən hadisələr bunu deməyə əsas verir. Baydenin şansları getdikcə azalır, bunu Bayden də başa düşür. Baydenin səhhətində olan problemlər, onun yaxınlarının ona seçkidən çəkilməz məsləhətini verməsi, Trampa edilən sui-qəsd bir növ ehtimalları artırır ki, Bayden hansısa bəhanə ilə seçkilərdən imtina edəcək. Amma Bayden son addımında da Trampı pisləyib gedəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Ən çox oxunanalar