Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada keçiriləcək konfrans iştirakçıları şəhərin tarixi məkanları və quruculuq işləri ilə tanış olublar

Şuşada keçiriləcək “İslam Dünyasında Qadınlar: Ənənələr və çağırışlar” konfransının iştirakçıları şəhərin tarixi məkanları və həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olublar...

"Report" xəbər verir ki, qonaqlar əvvəlcə "İsa bulağı" istirahət kompleksini ziyarət ediblər.

Onlara Vətən müharibəsindən sonra İsa bulağının bərpası və tarixinin özünə qaytarılması ilə bağlı aparılan işlər haqqında məlumat verilib. Qeyd edilib ki, bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

Qonaqlar, həmçinin Molla Pənah Vaqifin Muzey-məqbərə Kompleksinə və Şuşa qala divarlarına da baxıblar.

Gəzinti zamanı konfrans iştirakçıları işğal dönəmində mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktların saxtalaşdırılması barədə məlumatlandırılıblar.

Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.

Daha sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Günün sonunda konfrans iştirakçıları üçün konsert proqramı təşkil olunub.

Qeyd edək ki, iyulun 18-də Şuşada Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İslam Dünyasında Qadınlar: Ənənələr və çağırışlar" konfrans keçiriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Ən çox oxunanalar