Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev və Kaniv SES-ləri hədəfdə: Ukrayna paytaxtı su altında qala bilərmi?

Ruslar düşünürlər ki, Kiyev və Kaniv su elektrik stansiyalarının bəndlərini partlada bilsələr, paytaxtı su basacaq, amma belə deyil...

Poliqon xəbər verir ki, bunu hidroloq və coğrafiyaşünas Viktor Vışnevski Ukrayna radiosuna bildirib.

Onun sözlərinə görə, şəhərin əksəriyyəti 140-150 metr yüksəklikdə, Kiyev su anbarında isə 103 metr işarə var.

"Kiyevi su basa bilməz, ona görə ki, ərazisinin böyük hissəsi 140-150 metr yüksəklikdədir, Kiyev su anbarında isə 103 metr işarə var. Deməli, bu qeyri-realdır. Çünki aşağıda olan okeandan məsələn, yuxarıdakı Tibeti su basa bilməz", deyə ekspert bildirib.

Bundan əlavə, o qeyd edib ki, Kiyev su anbarı Kiyevin özü ilə eyni əraziyə malikdir və bu, təxminən 900 kvadrat kilometrdir. Buna görə də, belə bir həcmdə suyun keçməsinə icazə verilsə belə, yenə də sel üçün kifayət etməyəcək:

"Əlbəttə ki, su aşağıya doğru hərəkət edəcək. Bütün mümkün daşqınların hesablamaları aparılıb. Nəzəri cəhətdən hidravlik qovşağın əvəzinə, məsələn, 100, 200 metr eni olan bir çuxur olduqda, 300 metr təşkil olunacaq. Əgər qəfildən 100 metrlik çuxur yaranarsa, o zaman hesablamalara görə, Dneprin özünə qədər uzanan kiçik bir ərazi istisna olmaqla, Kiyev faktiki olaraq su altında qalmayacaq".

Hidroloq onu da bildirib ki, Kiyev SES kifayət qədər güclüdür, onun turbinləri açıq yerdə deyil, yerin dərinliyində yerləşir. Və hətta raket zərbəsi ilə onları məhv etmək praktiki olaraq mümkün deyil.

Kaniv SES-ə gəlincə, ekspert bildirib ki, o, Kiyev SES-dən 8 il yenidir və hətta bir qədər də güclüdür. Onun sözlərinə görə, 24 hidroaqreqat Kaniv SES-də, 20-si isə Kiyev SES-də quraşdırılıb.

Qeyd edək ki, iyulun 12-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyev SES-in və Kaniv su anbarının bəndlərinin dağıdılmasından danışıb. 

Eyni zamanda SBU-nun general-mayoru Viktor Yaqun bildirib ki, Rusiya Federasiyasının Ukraynadakı iki su anbarının bəndlərinin dağıdılması ilə bağlı bəyanatları sadəcə olaraq axmaqlıqdır. Viktor Yaqun qeyd edib ki, rusların Kaniv və Kiyev SES bəndlərini dağıtmaq üçün kifayət qədər gücü malik deyil.

Poliqon.info

 


Etiket: Kiyev Kaniv SES


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar