Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın reytinqi sui-qəsddən sonra Baydeni beş bənd üstələyir

Respublikaçıya qarşı sui-qəsddən sonra Ağ Evin rəhbəri seçilərkən hazırkı lider Co Baydenə yox, keçmiş prezident Donald Trampa səs verməyə hazır olan Amerika vətəndaşlarının sayı artıb...

Poliqon xəbər verir ki, bunu CBS telekanalının keçirdiyi sorğunun məlumatları göstərir. Sorğunun nəticələrinə görə, respondentlərin 52%-i Trampı, 47%-i Baydeni dəstəkləməyə hazırdır.

Sorğu 16-18 iyul tarixlərində qeydə alınmış 2,2 mindən çox seçici arasında keçirilib. Səhv marjası 2,7 faiz bəndi təşkil edib.

İyulun əvvəlində keçirilən əvvəlki sorğu ilə müqayisədə Trampın Bayden üzərindəki üstünlüyü beş bənd artıb.

Eyni zamanda, respondentlərin 26%-i bildirib ki, məhz respublikaçı namizədin sui-qəsd cəhdindən sonrakı davranışı onları seçkilərdə onu dəstəkləməyə inandırıb.

Bu sorğuda Tramp həm də Baydenin yarışdan geri çəkiləcəyi təqdirdə Demokratların mümkün namizədi kimi qəbul edilən ABŞ vitse-prezidenti Kamala Harrisi də qabaqlayıb.

Tramp və Harris ən yüksək dövlət postu uğrunda mübarizə aparırsa, o zaman ABŞ vətəndaşlarının 51%-i respublikaçıya, 48%-i isə Demokratlar Partiyasının nümayəndəsinə üstünlük verməyə hazırdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar