Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi xidmətə çağırılanların yekun tibbi müayinə prosesi ilə tanışlıq olub

Media nümayəndələrinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinə prosesi ilə yaxından tanışlığı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzinə media tur təşkil olunub.. 

APA xəbər verir ki, jurnalistlər müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriyadan olan çağırışçıların (sıradan kənar həqiqi hərbi xidmətə yararlılıq haqqında - “B” kateqoriyası, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında - “Ç” kateqoriyası, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında - “C” kateqoriyası, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında - “D” kateqoriyası) yekun tibbi müayinəsi aparılır:

“Tibbi Qiymətləndirmə Komissiyası yekun tibbi müayinə nəticələri əsasında aşağıdakı qərarlardan birini qəbul edir:

* yararsızlıq səbəbi eyni kateqoriyada üzrə təsdiqlənir;

* yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;

* yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır”.

Bildirilib ki, yekun tibbi müayinə prosesində şəffaflığın, çevikliyin və obyektiv yanaşmanın təmin olunması məqsədilə rəqəmsal infrastruktur qurulub:

“Nazirliyin “Tibbi şəhadətləndirmə” altsistemi hazırlanaraq bu altsistemlə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti qurumların informasiya bazalarının inteqrasiyası, elektron məlumat mübadiləsi imkanları təmin edilib.

Müayinə ilə bağlı məlumatlar müvafiq qurumlardan həmin altsistem üzərindən qəbul edilərək toplanır və yekun müayinələrin nəticələri bu altsistemə daxil edilərək rəsmiləşdirilir. “Vətəndaş qəbulu” altsisteminin tənzimlənərək “Tibbi şəhadətləndirmə” altsisteminə avtomatik inteqrasiyası təmin edilib”.

Qeyd edilib ki, yekun tibbi müayinə proseduru aşağıdakı kimidir:

* Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş (Forma 44) daxil edilir.

* Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir.

* Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir. Mərkəzdə funksional diaqnostik, instrumental, laborator müayinələr də aparılır.

* Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay