Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İflic insanların beyinlərində əks olunan səsləri müəyyən etmək olacaq

Təl-Əviv Universitetinin israilli alimləri iflic olan, həmçinin bu və ya digər səbəbdən danışıq qabiliyyətini itirmiş insanların beyinlərində əks olunan səsləri müəyyən etmək və təkrarlamaq üçün süni intellektin (AI) hazırlanmasında irəliləyiş əldə ediblər...

Poliqon xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

"Tel-Əviv Universiteti və Təl-Əviv Sourasky Tibb Mərkəzinin (İçilov Xəstəxanası) tədqiqatçıları tərəfindən əldə edilən elmi irəliləyiş yalnız düşüncə gücündən istifadə edərək nitq yaratmaq qabiliyyətini nümayiş etdirdi. Tədqiqatın nəticələri tamamilə iflic olan insanlara ümid verir. Müəyyən xəstəliklər və ya xəsarətlər nəticəsində nitq qabiliyyətini bərpa edə biləcək", deyə qeyd edilib.

Təcrübə zamanı səssiz bir iştirakçı özünü iki hecadan birini tələffüz edərkən təsəvvür edib. Onun beyninə yerləşdirilmiş dərin elektrodlar elektrik siqnallarını kompüterə ötürüb, sonra isə hecaları səsləndirib. Elektrodlar xəstənin beyninə yerləşdirildikdən sonra tədqiqatçılar ondan iki hecanı yüksək səslə söyləməyi xahiş ediblər: "a" və "e". Onlar tələffüz anında beyin fəaliyyətini qeydə alıblar və elektrik aktivliyi "a" və ya "e" hərflərini tələffüz etmək istəyini göstərən spesifik beyin hüceyrələrini müəyyən etmək üçün süni intellekt modellərini öyrədiblər.

Alimlər tarixdə ilk dəfə olaraq nitq hissələrini beynin nahiyələrindən ayrı-ayrı hüceyrələrin fəaliyyəti ilə əlaqələndirə biliblər ki, bu da onlara səsləri təmsil edən elektrik siqnalları arasında fərq qoymağa imkan verir.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar