Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şolts Zelenskinin Ukrayna üzərində raket və PUA-ları vurmaq tələbinə cavab verib

Prezident Volodimir Zelenski Qərb müttəfiqlərini Ukrayna üzərində Rusiya pilotsuz təyyarələri və raketlərini vurmağa çağırıb...

Poliqon xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bunun müzakirə mövzusu olmadığını vurğulayıb.

DW-nin yazdığına görə, siyasətçi Rusiya Federasiyası ərazisindəki hədəflərə zərbələr endirmək üçün Qərb silahlarından istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq istəmədiyini də bəyan edib.

"Mən elə bir konsensus görürəm ki, belə addımlardan söhbət gedə bilməz və ABŞ da bu barədə özünü çox açıq şəkildə ifadə edib", deyə Şolts Ukrayna liderinin çağırışları ilə bağlı NATO ölkələri ilə razılaşıb-razılaşmadığı barədə suala cavab verib.

Qeyd edək ki, bundan əvvəl Polşa Ukrayna səmasını qorumaq təşəbbüsü ilə çıxış edib. Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda qeyd edib ki, Ukrayna və Polşa Ukrayna ərazisi üzərində Rusiya raket və pilotsuz təyyarələrini birgə vurmaq üçün mexanizm hazırlamağa çalışırlar.

Daha sonra Polşa Müdafiə Nazirliyi əlavə edib ki, Varşava bütün NATO üzvlərinin qərarı olmadan Ukraynanın ölkənin qərbi istiqamətində uçan Rusiya raketlərinin vurulması tələbini yerinə yetirə bilməyəcək.

Bu ehtimalı şərh edən Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi münaqişənin gərginləşməsinin nə Ukrayna, nə də Polşa üçün faydalı olmayacağını qeyd edib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Ən çox oxunanalar