Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhədləri Avropadan Çinə qədər uzananTürk Dövlətləri Təşkilatının Şuşa sammitindən gözləntilər...

Sabah Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək...

Politoloq: “Bu gün Türk Dövlətləri Təşkilatı dünyada kifayət qədər böyük çəkiyə malik olan bir təşkilatdır”.

“Faktiki olaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra Türk Dövlətləri Təşkilatı yenidən tam konsentrasiya olundu və inkişaf etdi”.

Bu sözləri politoloq Tural İsmayılov Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, sabah Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək. Artıq heç kimə sirr deyil ki, Türk Dövlətləri Təşkilatı geosiyasi təşkilata çevrilib və çox həssas və əhəmiyyətli Kiçik Asiya, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əsas oyunçu rolunda çıxış etməkdədr.

Sərhədləri Avropadan Çinə qədər uzanan bu təşkilatın gələcəyi necə görünür və Şuşa sammitindən gözləntiləriniz nədir?

Şuşa sammitini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Türk Dövlətləri Təşkilatının sammitinin Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində keçirilməsinin həm də çox böyük mənəvi əhəmiyyəti mövcuddur”.

Daha əvvəl bir sıra beyin mərkəzlərinin toplantılarının mərkəzi halına gəlmiş Şuşa şəhərinin bu gün vahid türk ailəsinin əsas müzakirə platformaları biri halına gəlməsini nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, bu da bizim üçün ayrıca qürurverici əhəmiyyətə malikdir:

“Bu gün Türk Dövlətləri Təşkilatı dünyada kifayət qədər böyük çəkiyə malik olan bir təşkilatdır. Nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının real imkanları get-gedə böyüyür və təşkilatın bu gün istər dünya səhnəsində, istərsə də dünyadakı iqtisadi münasibətlər sistemində çox böyük təsir imkanları mövcuddur.

Eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bir çoxu həm də digər önəmli beynəlxalq siyasi təşkilatlarda təmsil olunurlar. Təmsil olunan ölkələr gələcəyin dünya iqtisadiyyatının əsas mərkəzi hesab edilir. Beləliklə, Mərkəzi Asiyanın gələcəkdə çox böyük geosiyasi və geoiqtisadi potensialı ilə bağlı dəqiq yanaşmalar mövcuddur. Bu baxımdan Avropadan Mərkəzi Asiyaya qədər uzanan vahid türk ailəsini birləşdirən bu təşkilatın mövqelərinin güclənməsi əlbəttə, bizim üçün də böyük əhəmiyyətə malikdir.

Tural İsmayılov: “Bu gün Türk Dövlətləri Təşkilatı dünyadakı siyasi proseslərə kifayət qədər təsir etmək potensialına malikdir”.

Faktiki olaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra Türk Dövlətləri Təşkilatı yenidən tam konsentrasiya olundu və inkişaf etdi. Bu gün Türk Dövlətləri Təşkilatı dünyadakı siyasi proseslərə kifayət qədər təsir etmək potensialına malikdir.

İndi belə bir təşkilatın sammitinin Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində keçirilməsinin həm də çox böyük mənəvi əhəmiyyəti mövcuddur. Daha əvvəl bir sıra beyin mərkəzlərinin toplantılarının mərkəzi halına gəlmiş Şuşa şəhəri bu gün vahid türk ailəsinin əsas müzakirə platformaları biri halına gəlib. Bu da bizim üçün ayrıca qürurverici əhəmiyyətə malikdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Ən çox oxunanalar