Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna hərbi aviasiyası üçün ən bahalı günlərdən biri - İki "Su-27" məhv edilib

İyulun 1-də Rusiya cəbhə xəttindən təqribən 150 kilometr aralıda yerləşən Ukraynanın Mirqorod aerodromuna "İskəndər"in hücumu barədə məlumat verib...

Poliqon Forbes nəşrinə istinadən xəbər verir ki, zərbə nəticəsində Ukraynanın iki "Su-27" təyyarəsi məhv edilib.

"Rusyaya məxsus pilotsuz uçan aparat günorta saatlarında bazanın açıq ərazisində dayanmış ən azı altı Ukraynaya məxsus "Su-27" səsdən sürətli döyüş təyyarəsini görüb. Onlara atılan "İskəndər" raketi iki qiymətli "Su-27"ni məhv edib, digər dördünü isə zədələyib", deyə məlumatda qeud edilir.

Forbes yazır ki, bu, Ukrayna Hərbi Hava Qüvvələri üçün Rusiya Federasiyasının genişmiqyaslı işğalının başlanğıcından bəri ən bahalı günlərdən biri ola bilər.

Nəşr eyni zamanda yazır ki, Mirqoroda hücum Rusiyanın həssas Ukrayna hərbi hava bazalarına silsilə hücumlarının sonuncusudur.

"Ötən ilin payızında həyata keçirilən ilk iki zərbə Ukrayna Hərbi Hava Qüvvələrini ehtiyatsızlıqda yaxaladı və bir cüt "MiQ"-29 qırıcısını partladı. Noyabr ayında edilən üçüncü zərbə, deyəsən, uça bilməyən "Su-25" hücum təyyarəsini vurmuşdu. Lakin sonra dördüncü pilotsuz təyyarə zərbəsi "Su-25"i vura bildi. "İsgəndər"in Mirqorodda məhv etdiyi iki "Su-27" rusların son doqquz ayda yerdə partlatdıqları Ukrayna döyüş təyyarələrinin sayını ən azı beşə çatdırıb. Ukraynalılar bu itkilərin əvəzini ödəyə bilməzlər", deyə Forbes yazıb.

Nəşrin məlumatına görə, Ukrayna Hərbi Hava Qüvvələri 125-ə yaxın "Su-27", "Su-25", "MiQ-29" və digər təyyarələrlə silahlanmış şəkildə müharibəyə daxil olub. "Oryx" analitiklərinin fikrincə, eyni zamanda, 28 aylıq şiddətli döyüşlər zamanı ukraynalılar 90-a yaxın təyyarə itiriblər.

Forbes həmçinin qeyd edir ki, Ukraynanın gəlməsi gözlənilən Avropa F-16 və "Mirage" təyyarələri də gündüz açıq havada park edilərkən Rusiya pilotsuz təyyarələri və raket zərbələrinə qarşı həssas olacaqlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Ən çox oxunanalar