Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Husilərin yeni taktikaları Qırmızı dənizdə təhlükəsizlik problemlərini daha da pisləşdirib

Yəmən husiləri Qırmızı dənizdəki gəmilərə getdikcə daha çox içində partlayıcı maddələr olan pilotsuz qayıqlar göndərir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadənə məlumat yayıb. Mənbələr qeyd ediblər ki, qrup taktikasında “mütərəqqi dəyişikliklər” edərək qorunmayan ticarət gəmilərinə hücumları artırıb.

“Partlayıcılarla yüklənmiş bu pilotsuz hücum qayıqları asimmetrik müharibə taktikasında inkişaf etmiş bir addımdır, husilərə uzaqdan dəqiq zərbələr endirməyə imkan verir və bununla da onların əks-hücumlara məruz qalmasını minimuma endirir”, deyə Dəniz Risk Menecerləri MARISK-ın baş direktoru Dimitris Maniatis Agentliyə vəziyyəti izah edib.

Dəniz təhlükəsizliyi ekspertlərinin və Reuters-in təhlilinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın döyüş gəmiləri fevral ayından bəri pilotsuz gəmilərə qarşı ən azı altı müdafiə zərbəsi endirib. İyunun 27 və 30-da iki ayrı gəmi Husilər tərəfindən çoxsaylı dəniz pilotsuz uçan aparatlarından istifadə etməklə hücuma məruz qalıb.

“İnsansız sualtı qayıqlar su xəttində gəmilərə zərbələr endirir və bu, döyüş başlığının əhəmiyyətli ölçüsü ilə birlikdə əhəmiyyətli dərəcədə suyun nüfuz etməsinə və zədələrə nəzarət problemlərinə səbəb ola bilər”, deyə dəniz müharibələri və sığorta üzrə risk mütəxəssisi Munro Anderson Reuters-ə bildirib.

Qeyd edək ki, son həftələrdə ən azı üç gəmi pilotsuz yerüstü nəqliyyat vasitələrinin hücumuna məruz qalıb və bir halda “Tutor” yük gəmisi hücumdan sonra batıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

Ən çox oxunanalar