Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının israrı ilə Ermənistan konstitutsiya dəyişikliyinə gedəcək?

Ermənistan hökuməti konstitusiya dəyişikliyindən maksimum yayınmağa çalışır...

Politoloq: “Ermənistanda konstitutsiya dəyişikliyi baş verməsə, sülh müqaviləsi imzalanmayacaq və yaxud konstitutsiya dəyişikliyi olandan sonra sülh, təhlükəsizlik reallaşa bilər”.

Ermənistan konstitutsiyasında dəyişikliklər edilməsi əsas tələb kimi görünməkdədir. Bu çox haqlı şərtdir”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın konstitusiya dəyişikliyi edib-etməyəcəyini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Ermənistan konstitusiya dəyişikliyindən maksimum yayınmağa çalışır. Azərbaycan isə bu olmadan, sülh sazişinin imzalanmayacağını dəfələrlə bildirib. Son olaraq Prezident İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib ki, danışıqlar prosesi kifayət qədər sürətli irəliləyir. Ölkə başçısı bildirib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın konstitusiyaya dəyişiklik edəcəyi təqdirdə baş tutacaq.

Bəs, Bakının israrı Nikol Paşinyanı təslim olmağa vadar edəcəkmi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Hazırkı reallıqlar və şərtlər daxilində Ermənistanın baş naziri konstitutsiya dəyişikliyinə getməlidir, ya da yeni konstitutsiya qəbul edilməlidir”.

Paşinyanın bir müddət öncə Avropa İttifaqına üzv olmaqla bağlı məsələyə referendumla aydınlıq gətirilməli olduğunu dediyini xatırladan politoloq Poliqon-a bildirib ki,sonra isə Paşinyan bu fikirləri təkzib etdi:

Ermənistan konstitutsiyasında dəyişikliklər edilməsi əsas tələb kimi görünməkdədir. Bu çox haqlı şərtdir. Çünki Ermənistan konstitutsiyasında Ermənistanın müstəqilliyi haqqında akta istinad olunur. Orada da Qarabağın Ermənistanla birləşdirilməsi haqqında fikirlər yer alır. Bu da Azərbaycana ərazi iddialarının konstitusion səviyyədə hələ də göstəricidir.

Beynəlxalq hüquqa nəzər salanda deyə bilərik ki, sülh müqaviləsi o cümlədən, beynəlxalq müqavilələr, konvensiyalar Ermənistan konstitutsiyası ilə müqayisə edildikdə və yaxud onlar arasında hər hansı ziddiyyət formalaşanda milli qanunvericilik, yəni konstitutsiya üstün hesab olunduğuna görə, Ermənistan konstitutsiyasında dəyişikliklərin edilməsi xüsusi zərurət kəsb edir.

Artıq bir neçə dəfədir ki, rəsmi Bakı tərəfindən bu fikirlər kəskin şəkildə ifadə olunub. Cənab Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən də bu məsələyə toxundu. Bundan öncə də cənab Prezident Ermənistan konstitutsiyasında dəyişikliklərin edilməsi ilə bağlı qeydlərini bildirib.

İlyas Hüseynov: “Gözlənilən vaxt çərçivəsində bütün sülhlə bağlı istəklərə nail ola bilək”.

Hazırkı reallıqlar və şərtlər daxilində Ermənistanın baş naziri konstitutsiya dəyişikliyinə getməlidir. Hər hansısa moniputyativ fikirlər ifadə etmək yersizdir. Bu sülh prosesini pozur. Nikol bir müddət öncə qeyd etmişdi ki, Avropa İttifaqına üzv olmaqla bağlı məsələyə referendumla aydınlıq gətirilməlidir. Sonra isə Paşinyan bu fikirləri təkzib etdi.

Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına Ermənistan konstitutsiyasında edilməyən dəyişikliklər əsas maneədir. Ermənistanda konstitutsiya dəyişikliyi baş verməsə, sülh müqaviləsi imzalanmayacaq və yaxud konstitutsiya dəyişikliyi olandan sonra sülh, təhlükəsizlik reallaşa bilər.

Əgər kənar geosiyasi aktorlar, xüsusilə ABŞ regionda tez bir zamanda sülhün bərqətrar olmasını istəyirsə, Ermənistana təzyiq edə bilər ki, konstitutsiya dəyişikliyi prosesi tezləşsin. Gözlənilən vaxt çərçivəsində də bütün sülhlə bağlı istəklərə nail ola bilək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar