Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviya hərbçiləri Rusiya sözünü kiçik hərflə yazmağa başlayıb

Latviya ordusu öz materiallarında "Rusiya" sözünü kiçik hərflə yazmağa başlaıb...

Poliqon xəbər verir ki, LSM.lv portalı bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat katibi Sandra Braleyə istinadən yazıb.

Bralenin sözlərinə görə, Latviya Silahlı Qüvvələrinin press-relizlərində kiçik hərflə "Rusiya" yazmaq təcrübəsi davam edəcək, çünki bunlar hərf səhvləri deyil, Ukraynalı həmkarları ilə şüurlu həmrəylik aktıdır.

Eyni zamanda, Latviya Ədliyyə Nazirliyinə tabe olan Dövlət Dil Mərkəzi rəsmi məlumatlarda və sənədlərdə belə yazıların yolverilməz olduğunu hesab edir və bu mövzu ilə bağlı müvafiq bəyanat yayıb.

Bu ilin fevralında Dövlət Dil Mərkəzinin Latviya Dili Ekspert Komissiyası bəzi xüsusi isimlərin orfoqrafiyasında böyük hərflərdən istifadədən kənara çıxma imkanlarına baxıb. Ekspertlər yekdilliklə belə qənaətə gəliblər ki, bəzi xüsusi isimlərin - ölkənin, Rusiya Federasiyasının və onun rəhbərlərinin adlarının yazılışında böyük hərflərdən istifadədən kənara çıxmağa icazə verilməsi təklifi dəstəklənə bilməz. Mütəxəssislər izah edirlər ki, bu orfoqrafiya qeyri-rəsmi fərdi yazışmalarda məqbul olsa da, rəsmi yazışmalarda və sənədlərdə qəbuledilməzdir.

İyunun 18-də məlum olub ki, Latviyada rusdilli KİV-lərin qorunub saxlanmasının və televiziyada rus dilində debatların keçirilməsinin tərəfdarı olan ölkənin mədəniyyət naziri Aqnese Logina istefa verib. O, şəxsi səbəblərə görə vəzifəsini tərk etmək qərarına gəldiyini bildirib.

Poliqon.info


Etiket: Latviya Ordu Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar