Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuela ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün çalışmağa hazırdır

Venesuela və ABŞ hökumətləri iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq, hörmətli və konstruktiv şəkildə danışıqlar aparmaq üçün birlikdə çalışmağa hazırdırlar...

“Report” xəbər verir ki, bu barədə Venesuela hökumətinin maraqlarını ABŞ ilə danışıqlarda təmsil edən Milli Assambleyanın (parlamentin) sədri Xorxe Rodriqes “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

O bildirib ki, virtual rejimdə keçirilən ilk görüşdən sonra ABŞ nümayəndə heyəti ilə iki razılaşma əldə olunub. "Birincisi, hər iki hökumətin etimad yaratmaq və münasibətləri yaxşılaşdırmaq üçün birlikdə işləmək istəyi, ikincisi, hörmətli və konstruktiv şəkildə əlaqə saxlamaq", - Rodriqes vurğulayıb.

O, Venesuela tərəfinin dialoqun Qətərdə razılaşdırılanlarla məhdudlaşmalı olduğunu, qarşılıqlı etimadın və hökumətlər arasındakı münasibətlərin daha da bərpası üçün öz müqəddəratını təyinetmə, suverenlik prinsiplərinə hörmət olunmasında israr etdiyini bildirib.

Aprel ayında Venesuela Prezidenti Nikolas Maduro Qətərdəki danışıqlarda ölkəsinə qarşı tətbiq olunan bütün qanunsuz və cinayət sanksiyalarının ləğvi məsələsi olan müqavilələr bağlandığını və imzalandığını söyləyib.

Venesuela Prezidenti Nikolas Maduronun ötən bazar ertəsi elan etdiyi ABŞ ilə danışıqlarda Miranda ştatının qubernatoru Hector Rodriqes də iştirak edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Ən çox oxunanalar