Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 200-dən çox hotelə ulduz verilib

Azərbaycanda Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib...

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatında bildirib.

"Onların arasında 5, 4, 3, 2 və 1 ulduzlu hotellər mövcuddur. Proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və yaxyd təsnifata yenidən müraciət etməli olan hotellər də az olmayıb. Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsə də, hələ də ulduz təsnifatının tələblərinə cavab verməyən hotellər mövcuddur. 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib və yenidən audit olunacaqlar", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, ölkənin müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir edir: "Bunların qiymətləndirilməsi isə hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkündür. Bu həm də qanunvericiliyin tələbidir. "Turizm haqqında" qanuna əsasən hər bir mehmanxana - hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir".(report)

Poliqon.info


Etiket: Otel Ulduz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar