Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Ukraynaya Alyansa üzv olmaq üçün konkret yollar təklif edəcək

Gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynaya Alyansa üzvlüyünü sürətləndirmək üçün "konkret yollar" təklif olunacaq...

Poliqon Amerikanın Səsi-nə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons deyib.

Onun sözlərinə görə, yekun bəyannamədə NATO-ya üzv ölkələr Ukraynanın Alyansa üzv olacağını təsdiq edəcəklər. Bununla belə, konkret ifadə hələ də razılaşdırılır.

Alyans həmçinin Ukraynaya indi Rusiyanın təcavüzündən qorunmaqda necə kömək etmək, gələcəkdə Rusiyanı necə çəkindirmək və NATO-ya üzv olmağa necə hazırlaşmağı müzakirə edəcək.

Vaşinqtonda keçiriləcək sammitə NATO üzvü olmayan 35 tərəfdaş ölkənin xarici işlər nazirləri dəvət olunacaq. Cons bildirib ki, bu müttəfiqlərin Çindən gələn təhdid və çağırışlara qarşı dayanıqlılığını artırmaq əsas gündəm məsələsidir.

NATO liderləri hərbi alyansın 75-ci ildönümünü qismən qeyd etmək üçün iyulun 9-dan 11-dək Vaşinqtonda Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinə toplaşırlar.

Ukrayna prezidenti Volodimir Zelenski və NATO-nun baş katibi Yens Stoltenberq Alyans liderlərinin sammitindən gözləntiləri barədə danışıblar. Zelenski Alyans üzvlərinin Ukraynanı kritik ehtiyac duyulan müdafiə vasitələri, ilk növbədə hava və raketdən müdafiə sistemləri ilə təmin etməyə hazır olduğunu qeyd edib.

Bununla belə, "Reuters" xəbər verir ki, Ukrayna NATO sammitində daha çox hava hücumundan müdafiə sistemi əldə etmək üçün "yaxşı xəbər" alacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Ən çox oxunanalar