Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: Putinin növbəti Sülh Sammitinə dəvət edilə bilər

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin növbəti Sülh Sammitinə dəvət ediləcəyini istisna etməyib...

Poliqon xəbər verir ki, o, bu barədə iyulun 3-də axşam saatlarında yayımlanan Bloomberg-ə müsahibəsində bildirib.

Zelenski deyib ki, əgər Rusiya və Ukrayna danışıqlar masası arxasına əyləşmək üçün bir yol tapa bilsələr, bu baş verəcək. Eyni zamanda, Ukrayna lideri Putinin şəxsən və yaxın gələcəkdə bu danışıqlarda iştirakını gözləmir, çünki "Rusiya prezidenti bu görüşə gəlməkdən çox qorxur".

Zelenski bildirib ki, ABŞ və Çin fikir ayrılıqlarını bir kənara qoyub birlikdə hərəkət etsələr, Ukraynada müharibəyə son qoya bilərlər. O, əmindir ki, Çin münaqişənin həllində böyük rol oynaya bilər, çünki Moskva onun ixrac bazarından çox asılıdır. Belə ki, Ukrayna prezidenti Finlandiya prezidenti Aleksandr Stubbın "Rusiya indi Çindən o qədər asılıdır" və "Çin sədri Si Szinpinin bir telefon zəngi Ukraynadakı böhranı həll edəcək" fikri ilə razılaşıb.

Qeyd edək ki, Ukrayna Prezident Aparatının məlumatına görə, birinci Sülh Sammitinin nəticələrinə əsasən, Kiyev BMT Baş Assambleyasının Ukraynada nüvə təhlükəsizliyinə dair iclasında baxılmaq üçün Zaporojye AES-nə xüsusi diqqət yetirməklə qətnamə layihəsi hazırlayır.

Ötən gün Zelenski BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Françis ilə görüşüb. Ukrayna prezidenti BMT Baş Assambleyasının ölkənin ərazi bütövlüyü və suverenliyinə ardıcıl dəstəyini qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür

Ən çox oxunanalar