Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: ABŞ siyasəti çətin və keşməkeşli dövr keçirir...

Bayden-Tramp debatından sonra hazırkı prezidentin seçkini uduzacağı heç kimdə şübhə doğurmur...

Siyasi-şərhçi: “Nədənsə, bir debatın nəticəsi xeyli dərəcədə ABŞ-da seçkilərlə bağlı rəyi dəyişib”.

“Əgər Demokratlar namizədi dəyişəcəklərsə, aydın məsələdir ki, yüz faiz məğlub olacaqlar. Çünki zaman çox qısadır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Bayden-Tramp debatını Poliqon-a şərh edərkən qeyd edib.

Bayden-Tramp debatından sonra hazırkı prezidentin seçkini uduzacağı heç kimdə şübhə doğurmur. Artıq bunu açıq şəkildə Demokrat Partiyası da etiraf edir. Buna baxmayaraq Bayden seçkilərdə iştirak etməkdə israrlıdır.

Bəs, hazırkı prezidentin bu israrının arxasında nə dayanır və Baydenin yerinə başqa bir namizəd olarsa, Demokratların qalib gəlmək şansları var?

ABŞ-da prezident seçkilərylə və Baydenlə bağlı yaranmış vəziyyəti Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Kimin qalib gələcəyini, kimin məğlub olacağını söyləmək hələ tezdir. Bunu zaman göstərəcək”.

ABŞ cəmiyyətinin böyük hissəsinin Donald Trampa çox neqativ yanaşdığını nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, hələ kimin qalib gələcəyini spyləmək çox tezdir:

“Nədənsə, bir debatın nəticəsi xeyli dərəcədə ABŞ-da seçkilərlə bağlı rəyi dəyişib. Amma nədənsə, heç kəs nəzərə almır ki, son sözü seçici deyəcək və onların necə davranacağı məlum deyil. Biz dəfələrlə şahidi olmuşuq ki, sosioloji sorğular, aparılan rəy sorğuları yalnış ola bilir. Məsələn 2016-cı ildə heç bir sorğu, heç bir sosioloji araşdırma Donald Trampın prezident seçiləcəyini göstərmirdi. Hətta, Trampın özü də bunu gözləmirdi. Onun qələbəsi özü üçün son dərəcə gözlənilməz oldu.

Bu gün də vəziyyət eynidir. Heç kim seçicinin nə söz deyəcəyini bilmir. Doğrudanmı ABŞ seçiciləri artıq Baydenə səs verməyəcəklər. Və ya doğrudanmı Baydenin səhhəti o dərəcə ağır durumdadır? Yəni gözlə görünən və görünməyən məqamlar var. Bu günlərdə ABŞ Ali Məhkəməsi Donald Trampın xeyrinə qərar da qəbul etdi. Yəni Amerikada hazırda vəziyyət çox qarışıqdır və bu baxımdan seçkilərin nəticələri də hər iki namizəd üçün sual altındadır.

ABŞ siyasəti çətin və keşməkeşli dövr keçirir. Əgər Demokratlar namizədi dəyişsılər, aydın məsələdir ki, yüz faiz məğlub olacaqlar. Çünki zaman çox qısadır. Növbəti namizədi təqdim etmək, onu cəmiyyətə çatdırmaq var. ABŞ böyük və seçki aktivliyi olan ölkədir. Demokratların arasında tam qüsursuz namizəd yoxdur ki, onu çıxarıb seçki marafonunda qalib gəlsinlər. Bu inandırıcı görünmür.

Ərəstun Oruclu: “Vəziyyət bu dərəcədə qarmaqarışıq və ziddiyyətlidir. Bu bəziyyətə aydınlığı ancaq zaman gətirəcək”.

Buna görə də, Bayden seçkiyə getməkdə israrlıdır. Mətbuata belə fikir atırlar ki, guya bu onun ailəsinin təsiridir. Amma mən ABŞ siyasəti haqqında bu dərəcədə sadə düşünmürəm. Baydenin komandası, partiya rəhbərliyi, Ağ Evdəki komanda, sponsorlar var. ABŞ-da siyasətə təsir edən bir çox amillər var.

Qeyd edim ki, yaxın zamanlarda Demokratik Milli Konqres deyilən Demokratlar partiyasının qurultayı keçiriləcək. Biz orda Baydenin seçkiyə getməsini deyənlərin motivini görəcəyik. Eyni zamanda Baydenin seçkiyə getməməsini deyənlərin motivlərini görəcəyik. Hansı fikrin üstünlük təşkil edəcəyini də görəcəyik.

Amma kimin qalib gələcəyini, kimin məğlub olacağını söyləmək hələ tezdir. Bunu zaman göstərəcək. ABŞ cəmiyyətinin böyük hissəsi Donald Trampa çox neqativ yanaşır. Amma bu hələ o demək deyil ki, onlar da Baydenə səs verəcəklər. Vəziyyət bu dərəcədə qarmaqarışıq və ziddiyyətlidir. Bu vəziyyətə aydınlığı ancaq zaman gətirəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Ən çox oxunanalar