Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp 2018-ci il sammitində NATO ölkələrini necə təhdid edib?

2018-ci ilin iyulunda NATO sammitində ABŞ-ın o zamankı prezidenti Donald Tramp müttəfiqlərin müdafiə xərclərini artırmasa, ABŞ-ın NATO-dan çıxa biləcəyinə söz verib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən yazır.

Materialda qeyd edilir ki, 2018-ci il iyulun 12-də səhər saatlarında Tramp sammitə gedərkən milli təhlükəsizlik müşavirinə zəng edərək ABŞ-a qarşı "ədalətsiz rəftar edildiyini" deyib. "Yanvarın 1-nə qədər bütün NATO ölkələri müdafiə xərclərinin artırılması ilə bağlı öhdəlik götürməlidir. Yoxsa biz gedəcəyik və bunu etməyənləri müdafiə etməyəcəyik", deyə Trampın o zaman bildirib.

Nəşr yazır ki, 2018-ci il sammitində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə Tramp alyansın müdafiə xərcləri barədə danışarkən ABŞ-ın külli miqdarda borcu olduğunu vurğulayıb.

Qəzet yazır ki, qəzəbli 15 dəqiqəlik çıxışı zamanı Tramp Avropa ölkələrini razılaşdırılmış müdafiə xərclərini iki dəfə artırmağa və onu demək olar bütün liderlər üçün inanılmaz dərəcədə yüksək etməyə çağırıb.

"Mən milyon faiz NATO tərəfdarıyam, lakin bu şərtlərlə deyil", deyə Tramp qeyd edib.

Qəzetin mənbələrindən biri xatirələrini bölüşüb: "O vaxt otağın ətrafında gəzib insanları pul verməyə çağıranda nəfəsim kəsildi".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür

Ən çox oxunanalar