Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokrat Partiyası iyulun 21-də Baydenin namizədliyini təsdiq edəcək

ABŞ-ın Demokrat Partiyasının Milli Komitəsi iyulun 21-də onlayn iclasında ABŞ-ın hazırkı prezidenti Co Baydenin qarşıdan gələn prezident seçkilərində partiyanın namizədi kimi irəli sürülməsi imkanını nəzərdən keçirəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki, Milli Komitə iyulun 21-dək cənab Baydenin namizədliyi üzrə səsverməyə icazə vermək üçün konvensiya qaydalarını dəyişib. Partiya qurultayının platforma komitəsi iyulun 16-da, qaydalar komitəsi iyulun 19-da, səlahiyyətlər komitəsi isə iyulun 21-də iclas keçirəcək. Bloomberg-in məlumatına görə, iclaslarda Baydenin namizədliyi üçün səsvermə prosedurları rəsmiləşdiriləcək.

Bloomberg qeyd edir ki, Milli Komitənin qərarı, uğursuz debatdan sonra Co Baydenin dəyişdirilməsi ilə bağlı partiyadaxili danışıqlara son qoyacaq.

Xatərladaq ki, iyunun 28-də Atlantada ölkənin keçmiş və indiki prezidentləri Donald Tramp və Co Bayden arasında ilk seçki debatı keçirilib. CNN-in keçirdiyi ekspress sorğuya əsasən, 67% Donald Trampın debatda qalib gəldiyini, 33% isə Co Baydenin qalib gəldiyini düşünür.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Ən çox oxunanalar