Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov yeni Avrasiya təhlükəsizlik sistemi haqqında danışıb

Kremlin sözçüsü: Yeni Avrasiya təhlükəsizlik sistemi ŞƏT sammitində müzakirə olunacaq...

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində yeni Avrasiya təhlükəsizlik sisteminin yaradılması ideyası qeyd olunacaq.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb.

Peskov əlavə edib ki, hazırda bu mövzuda tərəfdaşlarla dialoq aparılır və proses addım-addım irəliləyir.

Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşü zamanı Avrasiyada xarici qüvvələrin iştirakı olmadan yeni təhlükəsizlik sisteminin yaradılmasını təklif edib.

Rusiya prezidentinin sözlərinə görə, Avrasiya üçün ikitərəfli və çoxtərəfli kollektiv təhlükəsizliyin təminatlarını nəzərdə tutan təhlükəsizlik sisteminin müzakirəsinin vaxtı çatıb.

Putin əlavə edib ki, yeni memarlıq sistemi hamı üçün açıq olmalıdır - həm Avropa ölkələri, həm də NATO ölkələri üçün.

“Çünki biz eyni qitədə yaşayırıq və coğrafiya dəyişdirilə bilməz”, deyə Putin əlavə edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay