Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətləri yenilənəcək

Bu il Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyi şəhərdaxili yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətlərinin yenilənməsinə qərar verib...

Bu barədə Poliqon-a qurumdan bildirilib.

Ötən müddətdə paytaxtın 18 küçə və prospektində qəzalı vəziyyətdə olan mövcud su və kanalizasiya sistemlərinin dəyişdirilməsinə başlanılıb. İndiyədək bu sahədə işlərin böyük hissəsi icra edilib və bəzi ünvanlarda layihələrin icrasına hazırlıq görülür. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospektində uzun illər istismar olunaraq qəzalı vəziyyətə düşmüş su və kanalizasiya xətlərinin dəyişdirilməsi intensiv qaydada davam etdirilir.

Hazırda dəyişdirilən su kəmərləri uzun müddət istismar olunduğuna görə tez-tez qəzalar baş verirdi və bu qəzalar nəticəsində əhalinin su təminatında fasilələr yaranırdı. 8 Noyabr prospektinin Nizami parkından Corat küçəsinə qədər olan hissəsində 2,8 km su xəttinin inşası yekunlaşmaq üzrədir. Eyni zamanda Əbilov küçəsi ilə kəsişmədən başlayaraq 8 Noyabr prospektinin sonuna qədər 600 metr magistral su xəttinin tikintisi yekunlaşıb və şəbəkəyə qoşulma işləri aparılır. Yeni su xətlərinin çəkilməsi magistral su kəmərlərində qəza hallarının aradan qaldırlıması ilə yanaşı, ətraf ərazilərin içməli su təchizatını yaxşılaşdıracaq.

Hazırlıq tədbirləri çərçivəsində 8 Noyabr prospektindən keçən kanalizasiya kollektorunun da qəzalı hissəsi dəyişdirilib. Bu məqsədlə Zığ nasos stansiyasından Nargilə dairəsinə qədər 1200 mm diametrli borularla 700 metr uzunluğunda yeni kollektor inşa edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Beş təhsil müəssisəsinin direktoru işdən çıxarılıb

Ən çox oxunanalar