Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının bir hissəsi və 3 rayonda qaz olmayacaq

Bu gün Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və Göyçay rayonlarında qaz təchizatı dayandırılacaq...

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər, Qaradağ, AbşeronGöyçay rayonlarındakı qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 25-də saat 09:00-dan qaz təchizatının dayandırılması nəzərdə tutulub.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun (Mərdəkan bağlar, Stansiya Qala və Mərdakan yeni yaşayış massivlərinin), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi), Abşeron rayonunun (Qobu qəsəbəsi) bir hissəsinin, eləcə də Göyçay şəhəri daxil olmaqla rayonun 25 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bundan başqa, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttində 2 ədəd siyirtmənin quraşdırılması və 1 ədəd siyirtmənin dəyişdirilməsi, “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Kəndoba” qaz paylayıcı stansiyaya çəkilmiş yüksək təzyiqli qol qaz xəttinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı bu gün saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Abşeron rayonunun (Masazır qəsəbəsi və Yeni yaşayış massivi və qeyri-yaşayış sahələri), həmçinin Ağsu rayonunun (rayonun 10 kəndi və qeyri-yaşayış sahələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Poliqon.info


Etiket: Qaz təchizatı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - Foto, Video

Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib

Ən çox oxunanalar