Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək: 300-dən çox şəxs iştirak edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçiriləcək "Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalında 300-dək idmançı çıxış edəcək...

Oxu.Az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağı ilə qatılan iştirakçılar mübarizə aparacaqlar.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri yarışa qatılacaqlar.

Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.

"Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi iyunun 29-da, saat 14:30-da başlayacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - Foto, Video

Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib

Ən çox oxunanalar