Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qriqoryan: Sərhəddəki vəziyyəti Azərbaycandan daha çox Rusiya gərginləşdirir...

Sərhəddəki gərginliyin Azərbaycanın özündən daha çox Rusiyadan asılı olduğu ortaya çıxır...

Poliqon xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyaya müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan-Azərbaycan sərhədində mümkün eskalasiyanın səbəbləri ilə bağlı son bəyanatını şərh edərkən deyib.

Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində həmçinin Brüsseldə keçirilən üçtərəfli görüşü də şərh edib.

“Brüsseldə keçirilən üçtərəfli görüşün iqtisadi gündəliyi var və Paşinyan-fon der Leyen arasında Qranada görüşünün davamıdır. İclasda regional və təhlükəsizlik məsələləri müzakirə olunmayacaq, lakin yeni sistem xarakterli məsələlər müzakirə olunacaq. Aİ və ABŞ ilə münasibətlərimiz dəyişir”, deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Qriqoryan qeyd edib ki, obyektiv və subyektiv səbəblərdən Ermənistanın Qərb texnologiyalarına çıxışı yox idi, bu görüş belə bir çıxışın açılması üçün bir fürsətdir.

Ermənistan müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin və demokratiyamızın möhkəmlənməsinə töhfə verən ölkələrlə işləyəcək. Bu iş heç bir başqa ölkəyə qarşı yönəlməyib”, deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Üçtərəfli görüş ətrafında reallıqla heç bir əlaqəsi olmayan yalançı xəbərlər yayıldığını qeyd edən Armen Qriqoryan Mariya Zaxarovanın ittihamlarına diqqət çəkib.

“Zaxarovanın regionda eskalasiyanın yalnız Qərbin nə qədər dağıdıcı olmasından asılı olması kimi bəyanatlarından belə çıxır ki, Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsi Azərbaycandan yox, Rusiyadan asılıdır”, deyə Ermənistan rəsmisi əlavə edib.

Qriqoryan İranla əməkdaşlığın daha da inkişaf etdiriləcəyini də bildirib.

“Bizim İranla yüksək səviyyəli qarşılıqlı anlaşmamız var və strateji əlaqələrimizi həqiqətən yüksək qiymətləndiririk. Biz açıq, səmimi söhbətlər, çətin müzakirələr apararaq çox güclü əlaqələr qura bilmişik və bu əlaqələri başqa ölkələrlə bağlamırıq”, deyə Qriqoryan qeyd edib və əlavə edib ki, Fransa Ermənistanın təhlükəsizlik məsələlərinə çox həssas yanaşır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay