Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqlim dəyişikliyi Arktika sularında yeni adalar yarada bilər

Danimarka Texniki Universitetinin alimləri müəyyən ediblər ki, ani iqlim dəyişikliyi Arktikada dəniz mənzərəsini dəyişə və Qrenlandiya ətrafında bir çox yeni adaların yaranmasına səbəb ola bilər...

Poliqon xəbər veruir ki, bununla bağlı məqalə "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc olunub.

Mütəxəssislər 2013-cü ildən 2023-cü ilə qədər Qrenlandiyanın əsas qayalarının 20 santimetr yüksəldiyini və bunun bir əsrdə iki metrə bərabər olduğunu müəyyən ediblər. Bu, əsasən torpaq altındakı təzyiqi azaldan buz təbəqəsinin yox olması səbəbindən baş verir.

Tədqiqat Qrenlandiya sahillərində yerləşən 61 ölçmə stansiyasından ibarət GNET şəbəkəsinin məlumatlarına əsaslanır.

Qrenlandiyanın yüksəlməsi çoxdan məlumdur. Bunun səbəbi, son Buz dövründə torpağın qalın buz təbəqəsi tərəfindən sıxışdırılmasıdır. Buzlaqlar təxminən 12 min il əvvəl geri çəkilsə də, buz təzyiqinin azalması səbəbindən torpaq hələ də yüksəlir.

Bundan əlavə, son qlobal istiləşmə nəticəsində artan buz təbəqəsi əriməsi son iki onillikdə Qrenlandiya sahilləri boyunca torpaqların əlavə və daha sürətli yerli yüksəlməsinə səbəb olub.

"Bu illərdə Qrenlandiyada gördüyümüz yüksəliş yalnız Buz dövründən sonrakı təbii proseslərlə izah edilə bilməz. GNET məlumatları sayəsində biz iqlim dəyişikliyi səbəbindən torpaqların hansı sahələrinin yüksəldiyini dəqiq təhlil edə bilərik", deyə elmi işin həmmüəllifi, professor Şafkat Abbas Xan bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Ən çox oxunanalar