Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

“Nar” müştəriyönümlülük strategiyasının beynəlxalq səviyyədə tanınması ilə daha bir uğura imza atıb. Mobil operator ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlara layiq görülüb...

Qiymətləndirilmə aparıcı beynəlxalq yoxlama və sertifikatlaşdırma şirkəti olan “Bureau Veritas Group” tərəfindən aparılıb. “Nar” müştərilərinə etibarlı şəkildə yüksək keyfiyyətli xidmətlər təqdim etmək öhdəliyini davamlı şəkildə nümayiş etdirərək Beynəlxalq Standartlaşdırma Təşkilatının meyarlarına cavab verib.

“Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib ki, ISO sertifikatları mobil operatorun müştəri məmnuniyyətinin təmin olunması məqsədini bir daha təsdiq edir:

“Müştəriyönümlülük və sərfəli qiymət “Nar”ın əsas dəyərləridir. Bu sertifikatlar bizim hazırda sistematik və müştəriyönümlü proseslərin uğurla tətbiq olunmasını əks etdirir. Biz keyfiyyətin idarə edilməsində ən yüksək standartları saxlamaq üçün bu proaktiv yanaşma ilə davam edəcəyik”.
ISO və ya Beynəlxalq Standartlaşdırma Təşkilatı məhsulların, xidmətlərin və sistemlərin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün beynəlxalq səviyyədə tanınmış standartları müəyyən edən qlobal qurumdur. ISO standartlarına uyğunluq mükəmməlliyə sadiqliyi göstərir, dünya miqyasında müxtəlif sənaye sahələrində etimadı və etibarlılığı gücləndirir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Poliqon.info


Etiket: “Nar”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar