Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanla MDB ölkələri arasında sosial müdafiənin səviyyəsi... - Müqayisə

Azərbaycanda gələn il üçün yaşayış minimumu 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilib...

İqtisadçı-ekspert: “Əgər söhbət bilavasitə MDB ölkləri ilə müqayisədən gedirsə, Azərbaycan MDB ölkələri ilə müqayisədə öz vətəndaşlarının sosial müdafiəsinin ən çox qayğısına qaldığı ölkələr sırasındadır”.

“Son 5 ildə Azərbaycanda minimum əmək haqqı 2.7 dəfə, minimum pensiya məbləği 2.5 dəfə artıb. 2018-2022-xi illərdə orta aylıq əmək haqqı 50 faizdən çox, orta aylıq pensiya 80 faizdən çox, müavinat və təqaüd ödənişləri 3 dəfədən çox artıb”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycanda sosial müdafiə səviyyəsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda sosial müdafiə hansı səviyyədədir?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Pərviz Heydərov ilə müzakirə edib.

Pərviz Heydərov: “Bütün bu göstəricilərə görə və manatın da dollara nisbətdə sabit məzənnədə saxlanıldığını nəzərə alsaq, biz MDB ölkləri ilə müqayisədə sosial müdafiə sahəsində ən böyük nəticələrə nail olmuş ölkə sayılırıq”.

Azərbaycanda 4 sosial paketin icra olunduğunu xatırladan ekspert Polqion-a açıqlamasında əlavə edib ki, bunun nəticəsində qeyd edilən rəqəmlər səviyyəsində artım qeydə alınıb:

“Əgər söhbət bilavasitə MDB ölkləri ilə müqayisədən gedirsə, Azərbaycan MDB ölkələri ilə müqayisədə öz vətəndaşlarının sosial müdafiəsinin ən çox qayğısına qaldığı ölkələr sırasındadır. Ümumiyyətlə, bir çox göstəricilərə görə, biz bu sahədə MDB-də lider ölkələrdənik. Son 5 ildə Azərbaycanda minimum əmək haqqı 2.7 dəfə, minimum pensiya məbləği 2.5 dəfə artıb. 2018-2022-xi illərdə orta aylıq əmək haqqı 50 faizdən çox, orta aylıq pensiya 80 faizdən çox, müavinat və təqaüd ödənişləri 3 dəfədən çox artıb.

Qeyd edim ki, minimum əmək haqqı 2019-cu ilin mart ayına qədər 130 manat təşkil edirdi. Hal-hazırda bu rəqəm 345 manatdır. Yəni minimum əmək haqqı 2019-cu ildə 2 dəfə artdı, 2020-ci il pandemiya ili olduğunu görə heç bir artımı həyata keçirmək mümkün olmadı, amma pandemiya ilə əlaqədar əhalinin sosial müdafiəsini təmin etmək istiqamətində bir sıra addımlar atıldı, büdcədən xeyli vəsait xərcləndi, 2022-ci ildə 3-cü dəfə minimum əmək haqqı məbləği qalıdırldı, bu ilin əvvəlindən isə minimum əmək haqqı 345 manat səviyyəsinə çatdırıldı.

Pərviz Heydərov: “Azərbaycanı Orta Asiya və Cənubi Qafqaz ölkələri ilə müqayisədə də götürsək, biz sosial müdafiə göstəricilərinə görə bu ölkələrdən də irəlidəyik”.

Əmək pensiyası isə 2019-cu ilin mart ayına qədər 110 manat idi. İndi isə 280 manat təşkil edir. Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə edəndən sonra, son 5 il ərzində həyata keçirilən sosial müdafiə tədbirləri səviyyəsində və sosial sahədə - maaş, pensiya, təqaüd və müavinətlərin ödənişləri həcmində heç bir vaxt 2019-cu ildən üzü bəri ötən müddət ərzində atılan addımlar qədər irəliləyiş olmamışdı. Yəni 4 sosial paket icra olunub. Bunun nəticəsində də qeyd etdiyim rəqəmlər səviyyəsində artım qeydə alınıb.

Bir vaxt Azərbaycanda minimum əmək haqqı yaşayış minimumdan aşağı səviyyədə təşkil edirdi. Amma qeyd etdiyim sosial artımların nəticəsində bu gün minumum əmək haqqı səviyyəsi yaşayış minimumdan yuxarıda təşkil edir. Yəni gələn il yaşayış minimumu ölkə üzrə 270 manat, minimum əmək haqqı isə 345 olacaq.

Bütün bu göstəricilərə görə və manatın da dollara nisbətdə sabit məzənnədə saxlanıldığını nəzərə alsaq, biz MDB ölkləri ilə müqayisədə sosial müdafiə sahəsində ən böyük nəticələrə nail olmuş ölkə sayılırıq. Rusiyadakı vəziyyəti bilirik, Ukrayna göz qabağındadır, yəni iqtisadi potensialı tamamilə məhv edilib. Azərbaycanı Orta Asiya və Cənubi Qafqaz ölkələri ilə müqayisədə də götürsək, biz sosial müdafiə göstəricilərinə görə bu ölkələrdən də irəlidəyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar