Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda neft çəninə girən 5 işçi zəhərli qazdan ölüb

İranın Lorestan əyalətində neft ötürmə stansiyasında yanacaq çəninin texniki xidməti ilə məşğul olan 5 işçi zəhərli qaza məruz qalaraq ölüb...

APA xəbər verir ki, İranın Mehr Xəbər Agentliyinin məlumatına görə, Kuhdəşt vilayətinin qubernatoru Məhəmməd Muradi Kefrac hadisə ilə bağlı açıqlama verib.

Kefrac bildirib ki, 5 işçi dünən günorta saatlarında Lorestan əyalətinin Kuhdəşt şəhərindəki Berdaspi Neft Transfer Stansiyasına 20 milyon litrlik neft çəninin təmiri üçün onun içinə daxil olub.

Çəndə sıxışmış işçilərin çıxarılması üçün işlərin davam etdiyini bildirən Kefrac hadisə yerinə Tehran, Xuzistan və Mərkəzi əyalətdən ekspert qruplarının gəldiyini bildirib. Kefrac çəndəki yağı boşaltmağa başladıqlarını və bunun uzun sürə biləcəyini, boşaldılandan sonra içəridə sıx qazın olacağını bildirib.

İran Neft Kəməri və Telekommunikasiya Şirkətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İzetullah Mirhüseyni bildirib ki, şənbə günü günortadan sonra baş verən insidentdə işçilər hidrogen sulfid qazına məruz qalıb.

Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Mirhüseyni, "Luristan bölgəsindəki Berdaspi neft nəqli mərkəzində baş verən qəzadan sonra təəssüf ki, 5 işçi həyatını itirdi" deyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay