Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp seçkidə qalib gələ bilər: Sabiq prezident 7 əsas ştatdan 5-də Baydeni geridə qopyub

Donald Tramp bir sıra mühüm ştatlarda seçicilər arasında ABŞ prezidenti Co Baydeni qabaqlayır. Əsas səbəb hazırkı administrasiyanın iqtisadi siyasətinin qeyri-populyar olmasıdır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Nəşrin sifarişi ilə keçirilən sorğunun nəticələri göstərir ki, ABŞ-ın iki əsas partiyasından heç birinin sabit dəstəyi olmadığı ştatlarda seçicilər arasında Tramp 47% və 43% səslə Baydeni qabaqlayır. Müxtəlif ştatlarda ya Respublikaçılar, ya da Demokratlar qalib gəlir. Söhbət Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarından gedir.

Seçkilərə 13 ay qalmış Bayden 7 əyalətdən beşində keçmiş prezidenti geridə qoyub. İnfoqrafiyadan görünür ki, xalq dəstəyinin miqyası yalnız Nevada ştatında hazırkı prezidentin xeyrinədir. Miçiqanda isə namizədlər arasında tam bərabərlik var. Qalan ştatlar Trampın arxasındadır.

Nəşr yazır ki, hər iki namizədin milli miqyasda demək olar eyni dəstəyə malik olmasına baxmayaraq, bu ştatlar, çox güman ki, növbəti prezidenti müəyyən edəcək səsvermənin nəticələrini müəyyənləşdirməkdə xüsusi əhəmiyyət kəsb edəcəklər.

Qeyd edək ki, Amerika seçki sisteminin özəlliklərinə görə, prezidentliyə namizədlər üçün mütləq saydakı səslərin sayı deyil, hər biri ayrı-ayrı ştatda onların rəqibi üzərində səslərin formal üstünlüyü önəmlidir. Sadələşdirmək üçün deyək ki, qalib ümumi olaraq daha çox səs toplayan deyil, daha çox ştatda şərti olaraq qələbə qazanandır. Baxmayaraq ki, reallıqda qalib gələn ştatların əhalisinin sayı da vacibdir.

Bloomberg-in sorğusu göstərib ki, "yelləncək ştatlar"ında seçicilər Trampa a meyl edirlər, çünki ABŞ iqtisadiyyatının Bayden dövründəkindən daha yaxşı vəziyyətdə olduğuna inanırlar.

Bundan əlavə, seçicilər Trampın bir sıra digər əsas məsələlərdə, xüsusilə immiqrasiya və infrastrukturun inkişafı ilə bağlı mövqeyini, eləcə də Ukrayna və Çinə münasibətini bəyənirlər.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabr ayının əvvəlində keçiriləcək. Co Bayden daha əvvəl ikinci müddətə namizədliyini irəli sürəcəyini təsdiqləyib. Hələ ki, respublikaçıların vahid namizədi yoxdur - praymeriz adlanan, yəni partiyadaxili seçkilər davam edir. Amma bu düşərgədə ən yüksək reytinqə malik olan Donald Trampdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar