Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşanın baş naziri Orbana Rusiya ilə bağlı sualla müraciət edib

Polşanın baş naziri Moskvaya səfəri ilə bağlı şayiələr bağlı Macarıstanın baş naziri Viktor Orbana sorğu ünvanlayıb...

Polşanın baş naziri Donald Tusk birbaşa Macarıstan Nazirlər Kabinetinin rəhbəri Viktor Orbandan Moskvaya potensial səfəri barədə sual edib.

Poliqon xəbər verir ki, Donald Tusk X sosial şəbəkəsindəki səhifəsində Orbana müraciətini dərc edib.

Moskvaya səfərinizlə bağlı şayiələr doğru ola bilməz. Yoxsa doğrudur? Deyə Tusk həmkarına sual edib.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya səfərindən sonra bu gün Moskvaya gedəcəyi ilə bağlı məlumat yayılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya iyulun 5-də baş tuta biləcək səfərini nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, uyulun 2-də Kiyevə etdiyi səfərdən sonra Orban bildirib ki, Budapeşt Ukrayna münaqişəsini davam etdirməyə can atmır və onun həlli üçün fəal işləyir.

Xatırladaq ki, iyulun 2-də Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib. Görüş zamanı MoskvaKiyev arasında sülh danışıqları başlayana qədər atəşin dayandırılmasının mümkünlüyü müzakirə olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ən çox oxunanalar