Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova Rusiya diplomatlarını yenidən ölkədən çıxarmaqla hədələyib

Rusiya diplomatlarının respublikanın milli maraqlarına xələl gətirəcək hərəkətlər etsələr, onların Moldovadan çıxarılması davam edəcək...

Poliqon xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mixay Popsoy deschide.md portalına müsahibəsində deyib.

Martın 19-da Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Vasnetsovu Dnestryanı Moldova Respublikasında (PMR) Rusiya prezident seçkilərində səsvermənin Moldova hakimiyyətinin mövqeyinə zidd olaraq keçirilməsinə görə çağırıb. Eyni zamanda Moldova Xarici İşlər Nazirliyi diplomatın çağırışını əvvəlcədən elan etməyib. Rusiya səfiri diplomatik missiya əməkdaşlarından birinin persona non-qrata elan edilməsi barədə bildiriş də alıb.

Popsoy vurğulayıb ki, əgər rus diplomatları Moldovanın milli maraqlarına xələl gətirməkdə davam edərlərsə, rəsmi Kişinyovun mümkün qədər aydın mövqeyinə baxmayaraq, Dnestrin sol sahilində qondarma seçkilərin təşkilində olduğu kimi, onlar respublikanı tərk etməli olacaqlar.

Moldova diplomatiyasının rəhbəri Moldova-Rusiya münasibətlərinin, xüsusən də Ukraynanın işğalı kontekstində bərpasının mümkünlüyünə pessimist yanaşıb:

"Düşdüyümüz şəraiti və yaşadığımız amansız reallığı nəzərə alsaq, Rusiya Federasiyası ilə qısa müddətdə münasibətlərin normallaşacağına o qədər də ümidimiz yoxdur. Bu, Ukraynada baş verən proseslərdən asılıdır. Rusiya hər gün uşaqları, qadınları, qocaları öldürür, qışın astanasında insanları istiliksiz qoymaq üçün enerji infrastrukturunu amansızcasına məhv edir. Gecə yarısı evlərə necə qəddarcasına hücum etdiyini görürük. Təbii ki, yaxın gələcəkdə Rusiya ilə münasibətlərin normallaşacağını söyləmək çətindir. Bu reallığı biz yaratmamışıq. Bu Rusiya Federasiyasının seçimidir".

2023-cü ilin avqustunda Moldova hakimiyyətinin qərarı ilə Rusiya səfirliyinin 45 əməkdaşı Kişinyovu tərk edib. Buna cavab olaraq Rusiya Federasiyası Moldova parlamentinin 18 deputatının ölkəyə girişini qadağan etmək qərarına gəlib, onların arasında Popsoy da var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar