Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ŞƏT və BRİKS-ə tamhüquqlu üzvü ola bilər... - Üstünlükləri nədir?

Ölkəmizin bu beynəlxalq geosiyasi təşkilatlara üzv olması Azərbaycanın xarici siyasətində önəmli dəyişiklik olmasını əsaslandırırmı?..

Politoloq: “Azərbaycanın ŞƏT və BRİKS-ə tamhüquqlu dövlət olması heç kimdə narahatlıq doğurmamalıdır”.

“Bu təşkilatlara üzvlük ilk növbədə Azərbaycana güclü iqtisadi tərəfdaşlar qazandırır. Azərbaycanın iqtisadi tərəfdaş ölkələri eyni zamanda onun siyasi dəstəkçi ölkələrinə çevrilir”.

Bu sözləri politoloq Azər Qasımov Azərbaycanın ŞƏT və BRİKS-ə tamhüquqlu üzvü olmaq istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Astanada Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı bildirilib ki, bir müddət sonra Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü ola bilər. Eyni zamanda, Azərbaycanın BRİKS-ə üzv olmaq istəməsi barədə də məlumatlar yayılıb.

ŞƏT və BRİKS-ə tamhüquqlu üzvü olmaq Azərbaycana hansı üstünlükləri verir və ölkəmizin bu beynəlxalq geosiyasi təşkilatlara üzv olması Azərbaycanın xarici siyasətində önəmli dəyişiklik olmasını əsaslandırırmı?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycanın bu təşkilatlar üzv olması, heç də Qərblə əməkdaşlıqdan imtina anlamına gəlmir”.

BRİKS və ŞƏT-də təmsil olunan İran və Hindistanın bundan sonra Azərbaycan üçün təhlükəsiz ölkələrə çevriləcəyini proqnoz edən politoloq Poliqon-a açqıalamasında qeyd edib ki, bu ölkələrin son dövrlər Azərbaycan əleyhinə məlum fəaliyyətləri ortaddadır:

Azərbaycanın xarici siyasətinin prioritetlərini çoxvektorlu siyasi və iqtisadi əlaqələr təşkil edir. Azərbaycan Qoşulmama Hərəkatının lider ölkəsi olmaqla və heç bir hərbi bloka qoşulmama siyasəti yürütməklə yanaşı, eyni zamanda, bir-birinə zidd bloklarda təmsil olunan dövlətlərlə uğurla ikitərəfli əlaqələr qurmaq siyasəti də yürüdür.

Təsadüfi deyil ki, Qərb dövlətləri belə bu siyasətin mahiyyətini anlamağa çalışırlar. Necə olur ki, eyni anda həm ABŞ, Böyük Britaniya, Avropa İttifaqı ilə dost və tərəfdaş olmaqla bərabər, Çin və Rusiya ilə strateji tərəfdaş olmaq olur? Bu, Azərbaycanın müstəqillik illərinin ilk dövlətlərindən bu günə kimi yürüdülən düşünülmüş siyasətinin nəticəsidir. Eyni zamanda bunu Azərbaycanın strateji coğrafi mövqeyi də labüd edir. Bu baxımdan, Azərbaycanın ŞƏT və BRİKS-ə tamhüquqlu dövlət olması heç kimdə narahatlıq doğurmamalıdır.

Azər Qasımov: “Bu kimi təşkilatlara üzv olmaq Azərbaycanın daxili konyukturu üçün də əhəmiyyəti olar”.

Bu təşkilatlara üzvlük ilk növbədə Azərbaycana güclü iqtisadi tərəfdaşlar qazandırır. Azərbaycanın iqtisadi tərəfdaş ölkələri eyni zamanda onun siyasi dəstəkçi ölkələrinə çevrilir. Məsələn, BRİKS və ŞƏT-də təmsil olunan İran və Hindistan bundan sonra Azərbaycan üçün təhlükəsiz ölkələrə çevrilir. Onların son dövrlər Azərbaycan əleyhinə məlum fəaliyyətləri ortadan qalxır.

Azərbaycanın bu təşkilatlar üzv olması heç də Qərblə əməkdaşlıqdan imtina anlamına gəlmir. Azərbaycan bununla öz iqtisadi tərəfdaşlarını artırır, daha da möhkəmləndirir. Azərbaycanın Aİ-nın bir çox ölkələri ilə ənənəvi və yaşıl enerji proyektləri var və həyata keçirilir.

Bu kimi təşkilatlara üzv olmaq Azərbaycanın daxili konyukturu üçün də əhəmiyyəti olar. İlk növbədə monopoliyanın aradan qaldırılması, qiymətlərin ucuzlaşması, mal müxtəlifliyi, vətəndaşların rifah halının yaxşılaşmasına səbəb olar. Fərdi biznesin bu təşkilata daxil olan ölkələr vasitəsi ilə beynəlxalq səviyyəyə qalxmasına şərait yaradar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar