Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liz Trass parlamentdəki yerini itirib

Böyük Britaniyanın keçmiş baş naziri, tarixdə ən qısa müddətə hökumət başçısı olan Liz Trass seçkilərdə parlamentdəki yerini itirib...

Poliqon xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Liz Trass İngiltərənin şərqindəki Cənub-Qərbi Norfolk seçki dairəsində 11217 səs qazanıb və 11847 səs yığan Leyboristlərin namizədi Terri Cermiyə uduzub.

Agentlik bildirir ki, o, bir çox seçicilər üçün Mühafizəkarlar hökumətinin xaosu və uğursuzluğu ilə sinonimləşib, lakin partiyanın sağçı qanunvericiləri arasında nüfuzlu səs olaraq qalır.

İcmalar Palatasına keçirilən seçkilərdə Leyboristlər Partiyası qalib gəlib. O, 650 yerdən 326-nı qazanıb və yeni hökuməti formalaşdıracaq.

14 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası tarixinin ən böyük məğlubiyyətini alıb. Partiya İcmalar Palatasında 71 yer qazana bilib. Artıq baş nazir və Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak rəqibini qələbə münasibəti ilə təbrik edib.

Partiyanın qələbəsindən sonra Leyboristlərin lideri Kir Starmer dərhal ölkəni yaxşılığa doğru dəyişməyə başlayacağına söz verib.

Mühafizəkarlar Partiyasının məğlubiyyəti istiqraz bazarının və sterlinqin dəyərinin çökməsinə səbəb olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar