Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Orbanın Moskvaya gözlənilən səfərindən hiddətlənib

Avropa İttifaqı Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya gözlənilən səfərindən qəzəblənib...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Nəşr adı açıqlanmayan avropalı diplomatın sözlərini sitat gətirir:

“Bu səfər Macarıstanın Aİ Şurasına sədrliyi dövründə həmişə sual yaradacaq: Orban öz adından danışır, yoxsa Aİ adından”. Mənbə əlavə edib ki, Avropa İttifaqı Orbanın Putinə səfərindən qəzəblənib.

Qəzetin yazdığına görə, Orban Moskvaya səfərindən sonra Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana gedəcək.

Qeyd edək ki, Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışmaq səlahiyyətinə malik olmadığını bildirib. Mişel həmçinin vurğulayıb ki, “Ukraynasız Ukrayna ilə bağlı heç bir müzakirə aparıla bilməz”.

Xatırladaq ki, Macarıstan hazırda Aİ Şurasına sədrlik edir. İyulin 2-də Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfər edib və onun yaxın vaxtlarda Moskvaya səfər edəcəyi barədə də mətbuatda xəbərlər yayıb.

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin baş nazir Viktor Orbanın münaqişənin həlli üçün Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifini rədd etdiyini bildirib

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar