Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran səfiri: Azərbaycanlının qalib gəlməsi, Tehranın Ermənistana münasibətini dəyişməyəcək...

Bu gün İranda prezident seçkilərində səsvermənin ikinci turu keçirilir. Vətəndaşlar iki namizəd arasından - səsvermənin birinci turunun lideri, islahatçı və etnik azərbaycanlı Məsud Pezeşkian və onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili arasından seçim edir...

Poliqon xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani ölkə prezidenti postuna namizədlərdən birinin azərbaycanlı olması ilə bağlı sualı cavablandırıb. Səfir bildirib ki, İranın Ermənistana münasibətdə siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq.

"İranın Ermənistana qarşı siyasəti prinsipialdır və əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişafı və genişləndirilməsinə yönəlib. Bu siyasət hakimiyyət dəyişikliyi ilə dəyişməyəcək" deyən Sobhani bütün namizədlərin seçki kampaniyaları zamanı qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək üçün öz proqramlarını təqdim etdiklərini vurğulayıb.

Səfir bildirib ki, İranda çoxlu etnik qruplar yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir:

"İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla əlaqələri inkişaf etdirməyə davam edəcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar