Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Viktor Orban: Macarıstanın Aİ adından Ukrayna ilə bağlı danışıqlar aparmaq mandatı yoxdur...

Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi ona Ukrayna üzrə danışıqlar üçün mandat vermir. Lakin bu, tərəfləri bu yola başlamağa təşviq edə bilər...

Poliqon xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Bir daha aydınlıq gətirim, Macarıstanın sədrliyi Avropa İttifaqı adından danışıqlar üçün mandat vermir, lakin biz hansı tərəfin hara getməyə hazır olduğunu öyrənə bilərik və öyrəndikdən sonra Avropa İttifaqı liderləri qərar qəbul edə bilər. Liderlərin birlikdə qərarlarından sonra danışıqlar aparmaq mümkün olacaq, təəssüf ki, biz hələ də bundan uzağıq", Orban qeyd edib.

Macarıstanın "kifayət qədər çəkisi yoxdur" deyən ölkənin baş naziri, Budapeştin hər iki tərəfi atəşkəs və sülh danışıqları olacaq "uzun bir yola" təşviq edə biləcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Macarıstan hazırda Aİ Şurasına sədrlik edir. İyulin 2-də Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfər edib və onun yaxın vaxtlarda Moskvaya səfər edəcəyi barədə də mətbuatda xəbərlər yayıb. Onun Moskvaya səfər edəcəyi və Vladimir Putinlə də görüşəcəyi deyilir.

Avropa İttifaqı Şurasında səlahiyyətlərini başa vuran Şarl Mişel bildirib ki, Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur. O, həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı heç bir müzakirə Kiyevsiz keçə bilməz.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar