Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulinin yeni siması göz oxşayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilən ərazilərə növbəti səfəri çərçivəsində oktyabrın 17-də Füzuli şəhərinə gələrək “Füzuli Şəhəri Günü”ndə bura köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb...

Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, bu gün   füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verib. Bura köçən uşaq və yeniyetmələr,  gənc nəsil bu torpaqları görməyiblər. Ona görə də bu çox böyük bir hadisədir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.
İndi Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda  Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.

Şəhərdə sakinlərin rahat yaşaması üçün bütün infrastruktur, şərait yaradılıb. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, ümumiyyətlə hər şey nəzərə alınıb.

Ölkə başçısı öz çıxışında qeyd etdi ki, “Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir”.

Tamamilə yenidən qurulan Füzulidə tikinti-quruculuq işləri böyük sürətlə davam edir. Artıq şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu gün artıq 800-dən çox insan öz evlərində yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.

Böyük Qayıdış Proqramı uğurla icra edilir. Nəzərdə tutulub ki, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaqdır. 

Bütün layihələri icra edərkən, ilk növbədə mühüm əhəmiyyət kəsb edən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır. Məlumdur ki, şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən texnika, mal-qara ilə, bütün lazımi vasitələrini onlara təqdim etməklə kömək göstərəcəkdir.

Eyni zamanda burada özünüməşğulluq proqramı da icra ediləcəkdir. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Poliqon.info


 
 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Ən çox oxunanalar